kanal1

"VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının möhtəşəm təqdimat mərasimi keçirildi

Tarix:2-09-2023, 13:59
Baxış Sayı:171 678




1 sentyabr 2023- cü il tarixində Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi növbəti "VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Prezident Administrasiyasının göstərişi və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, media nümayəndələri və digər qonaqlar iştirak etdilər. Bir dəqiqəlik sükutla şəhidlərimiz anıldıqdan sonra Azərbaycan Dövlət himni ucaldıldı. İlk olaraq layihənin rəhbəri Manya Səxavətqızı və ardınca layihənin dəstəkçisi Şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov qonaqları salamlayaraq "VƏTƏN FƏDAİLƏRİ" layihəsi haqqında məlumat verdilər. Şəhid anaları Dursun ana, İlfan ana, Gülşad ana, Gülnarə ana, kitabın maliyyə dəstəkçisi Elçin Calalovun adından qardaşı Rahim Calalov, “Qayıdış" İctimai Birliyinin sədri Hasil Tağıyev, "İnkişafa və islahatlara dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev, gənc alim həm də şəhidimiz Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev, İlham Haşımov, şəhid bacısı Bəhiyyə Nağıyeva və digər qonaqlar çıxış edərək kitab və tədbir haqqında öz fikirlərini dilə gətirdilər.
       "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin III cildi olan "VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabı Manya Səxavətqızının sayca 10-cu, şəhidlərimizə həsr etdiyi 8-ci kitabıdır.
       Vətəni yaşadanları sətirlərdə yaşatmaq özü də bir fədakarlıqdır.







DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi