kanal1

Sülh təklif edən tərəf məhz Azərbaycan olub

Tarix:11-12-2023, 12:21
Baxış Sayı:28 602



                                     
      Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı bütün həqiqətləri bilməlidir. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib.Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib. Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub.Sülh prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik, məşhur beş prinsipi açıqladıq. Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var.   Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan indi “Qarabağ Azərbaycandır” deyir. Rəsmi İrəvan hələ də öz ideologiyasını dəyişdirməyib. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi. Türkiyənin uzun illər Aİ namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma idi.Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq.“Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşulmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik?”.
       Təəssüf ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Onların yürütdüyü siyasət və Azərbaycana olan münasibəti qəbulolunmazdır.Ümumilikdə Avropa Komissiyası ilə Azərbaycanın çox gözəl münasibətləri var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik. Özbəkistan bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışı oldu bu, yenidənqurma işinə, həm də qardaşlıq münasibətlərimizə böyük töhfə oldu. Özbəkistanla nəqliyyat, enerji, investisiyalar, avtomobil sənayesi sahələrində çox geniş əməkdaşlıq gündəliyi hazırlanıb. Bu, həqiqətən də hər iki tərəfin fəxr edə biləcəyi və gələcək üçün böyük potensiala malik tərəfdaşlıqdır. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırmışıq. İndi qatarın sürəti saatda 120 kilometrdir və bu da bir neçə il əvvəl ilə müqayisədə (50-60 km/s) daha sürətlidir. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək. Orta Dəhlizin daha bir qolu olacaqdır - biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək.Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Avropa İttifaqı Şurası və Avropa Komissiyası ilə müsbət kontaktlar var. Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının sədri, hər ikisi Azərbaycana səfər etmişdilər və biz aramızdakı əlaqələrə dair geniş müzakirələr aparmışıq. Bu, yalnız energetika sektoruna aid deyil. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan və Avropa İttifaqının doqquz üzvü arasında strateji tərəfdaşlığa dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu, onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və Brüsseldə anlayışla qəbul olunur. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bunu təəssüf hissi ilə qarşılayırıq.
 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO