kanal1

Rusiyalı deputatdan Azərbaycanı hədələyən həmkarına ETİRAZ

Tarix:1-04-2022, 09:00
Baxış Sayı:182 525

Rusiyalı deputatdan Azərbaycanı hədələyən həmkarına ETİRAZ


Bəzi rəsmilər ictimaiyyət qarşısında çıxış edərkən heç də həmişə söylədiklərinin mənasını dərk etmirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deputat Delyaginin Azərbaycan barədə ifadələrini şərh edərkən bildirib.

“Dövlət Dumasının deputatı Delyaginin dövlət kanalının efirində söylənilən emosional ifadələrilə bağlı vəziyyət təəssüf olsun ki, bizi bir daha bəzi rəsmilərin ictimaiyyət qarşısında çıxış edərkən heç də həmişə söylədiklərinin mənasını dərk etməməsi probleminə qaytarır. İstənilən emosiyalar və şəxsi üstünlüklər şəxsi olaraq qalmalıdır. Çünki geniş auditoriya üçün rəsminin istənilən açıqlaması bu şəxsin təmsil etdiyi hakimiyyətin mövqeyi kimi görünür”, - deyə D.Savelyev vurğulayıb.

Sonrakı üzrxahlığın və izahatların şəxsi fikirlər olduğu, vəziyyəti demək olar dəyişmədiyini vurğulayan rusiyalı deputat bildirib:

“Cəmiyyətimizin sabitliyə və zəmanətə əhəmiyyətli dərəcədə ehtiyacı olduğu indiki dövrdə bu, xüsusilə təhlükəlidir. Bu vəziyyət Azərbaycanla əldə olunan razılaşmalar baxımından da çox pis görünür. Xatırladım ki, fevral ayında Rusiya və Azərbaycan prezidentləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Həmin Bəyannamənin birinci bəndində deyilir ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və bir-birilərinin daxili işlərinə müdaxilə edilməməsi, eləcə də mübahisələrin sülh yolu ilə həll olunması əsasında qurulur”

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda