kanal1

Cənubi Qafqaz düyünü: çoxgedişli geosiyasi oyun – Nə baş verir?

Tarix:4-08-2022, 13:23
Baxış Sayı:9 534

Cənubi Qafqaz düyünü: çoxgedişli geosiyasi oyun – Nə baş verir?


Son aylarda Cənubi Qaqaz bölgəsində geosiyasi güclər arasında mübarizə aktiv fazaya keçib. Lakin bu güclərin maraqları toqquşduğundan proseslər normal məcrada deyil, bir çox hallarda gərginliyin kəskinləşməsi fonunda davam edir. Bu gərginliyi yaradan isə hər zaman olduğu kimi Ermənistanın  bölgədə dayanıqlı sülhə, sabitliyə və təhlükəsizliyin təmin olunmamasına xidmət edən destruktiv revanşist siyasətidir.

Ermənistanın 10 noyabr 2020-ci ildə və ondan sonra bölgədə dayanıqlı sülhün əldə olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə yenidən revanşist xəyallara düşməsi, bölgəni yenidən münaqişə dalanına sürükləyir. İrəvanın “iki stul” siyasətinə uyğun olaraq bölgədəki maraqlı güclərdən istifadə edərək revanşist niyyətlərini davam etdirmək istəyirlər. Təbii ki, bu da Azərbaycanın sərt reaksiyası ilə qarşılaşır. Bakı hər zaman bəyan edib ki, yenidən hər hansı revanşizmə imkan verməyəcək və yerindəcə başı əziləcək. Ermənistanın üzərinə götürdüyü öhədlikləri yerinə yetirməməsi əvəzinə vəziyyəti gərginləşdirməsi, Bakının “dəmir yumruğ”unu qaçılmaz etdi və nəticə göz qabağındadır. 

Ermənistanın və separatçıların bu cür destruktiv fəaliyyəti ermənilərin milli marağına deyil, əksinə, digər maraqlı güclərin əlinə işlədi. Bununla da ermənilər bölgəni maraqlı güclər arasında mübarizə meydanına çevirmiş oldu. Nəticədə ermənilər bundan qazanan tərəf olmayacaq, daha çox itirən tərəf olacaq.

Təsadüfi deyil ki, hələ zamanında dünyaca məşhur geostrateq Zbiqnev Bzejinski Ermənistan haqqında çox gözəl bir fikir işlədib: “Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur.

…Bu zaman ermənilər özünə sual vermir ki, bu onların özünə lazımdır, ya yox. Ermənistan belə mövqenin nəticələrini dərk edirmi?”

Nə qədər ki İrəvan bu siyasətindən əl çəkməyib, bölgədəki çoxgedişli geosiyasi proseslərdə Ermənistanın  və erməni xalqının gələcək inkişafı naminə qonşuları, xüsusən də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmur, itirən tərəf olacaq.  Odur ki Ermənistan bölgəni güclər arasında savaş meydanına çevirməkdənsə, vaxt itirmədən öz gələcəyi naminə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, Bakının təklif etdiyi dayanıqlı sülhə, sabitliyə, sıx əməkdaşlığa xidmət edən sülh sazişini imzalamalıdır. 

Ermənistanın və ermənilərin bölgədəki gələcəyi məhz Azərbaycan və Türkiyədən asılıdır. Əgər Ermənistan Bakı və Ankara ilə normal münasibətlər qurarsa, bu ölkəyə hər hansı təhlükə olmayacaq. Əkisnə, qazanan tərəf olacaq. Bjezinski ölümqabağı müsahibəsində qeyd edib ki, “Türkiyədən Ermənistana təhlükə yoxdur...”
Təhlükə digər güclər tərəfindəndir. Çünki bölgədəki ənənəvi geosiyasi oyunçular olan Rusiya, Qərb, Türkiyə, İran, Çin, İsrail və bir sıra digər ölkələr də bu regionda siyasi-iqtisadi aktivlik nümayiş etdirməklə öz maraqlarını təmin etmək uğrunda savaşacaq ki, bu da öz növbəsində regionda geosiyasi vəziyyəti xeyli mürəkkəbləşdirəcək. Bölgədəki vəziyyətin gərginləşməsi isə hərbi toqquşmalarla müşayiət oluna bilər ki, bu əməliyyatlar təkcə Qarabağdakı separatçıların birdəfəlik Azərbaycan ərazisindən silinib atılması ilə deyil, həm də Qərbi Zəngəzur, Basarkeçər, Göyçədə davam edə bilər.

Ermənistan onu da unutmasın ki, “dəmir yumruq” yerindədir və istənilən an dəmir qapazı başında və ənsəsində görəcək. Və nəhayətində Ermənistan və ermənilər Bjezinskinin dediyi kimi, baş verənlərdən nəticə çıxarmalıdır. Özlərinə sual verməlidirlər ki, bu onların özünə lazımdır, ya yox. Baş verənləri dərk edəcəklərsə, qazanacaqlar, əks təqdirdə isə itirən tərəf olacaq.

“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Nazir kapitanı rəis təyin etdi
Nazir kapitanı rəis təyin etdi
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır