kanal1

Azərbaycan qanunsuz silahlı dəstələrlə bağlı hansı addımları atacaq? - AKTUAL

Tarix:13-12-2022, 16:00
Baxış Sayı:142 580



Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib.Belə ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi fonunda nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Politoloq İlqar Vəlizadənin fikrincə, əslində sülhməramlılar orada yerləşdirildiyi dövrdən gücləndirilmiş rejimdə fəaliyyət göstərilməli idi.

“Gücləndirilmiş rejim çərçivəsində bunlar qanunsuz birləşmələri tərksilah etməli, regiona kənar şəxsləri buraxmamalı idilər. Terrorun qarşısını almaq üçün müvafiq tədbirlər görüməli idi. Onlar isə müvəqqəti yerləşdiyi ərazidə baxçalara səfər edib, heykəl açılışına gedirlər, müxtəlif humanitar aksiyalarda iştirak edirlər. Sanki, onlar sülhməramlılar yox, Qızıl Xaç Cəmiyyətinin nümayəndələridir.

Digər tərəfdən son gərginlik də onu göstərir ki, əgər sülhməramlılar öz öhdələrinə düşən vəzifələrini yerinə yetirə bilməsələr, o zaman Azərbaycan tərəfi müvafiq tədbirlərlə öz üzərinə düşən missiyanı yerinə yetirəcək, Ermənistana məxsus silahlı birləşmələri zərərsizləşdiriləcək”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, regionda vəziyyətin köklü surətdə dəyişilməsi üçün bu vacibdir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərə Azərbaycan əhalisi tədricən qayıtmağa başlamalıdır. Xocalıda, Xankəndidə, Əsgəranda, Ağdərədə, Xocavənddə azərbaycanlıların yurd-yuvaları vardı.

Azərbaycan əhalisi əsrlər boyu bu ərazilərdə yaşayıb. Sonradan Sovetlər İttifaqı dönəmində, ondan əvvəlki dönəmdə bəzi yaşayış məntəqələri düşmən tərəfindən mənimsənilib, adları dəyişdirilib.

“İndi əks proses gedir. azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. Sülhməramlılar bunun qarşısını ala bilməzlər. Burada transformasiya prosesi getməlidir. Əgər, bu istiqamətdə prosseslər getsə, regionda sabitlik olacaq. Bu da regionda yaşayan insanlar üçün vacibdir. Əgər, əks istiqamətdə prosseslər getsə, onda yeni münaqişə üçün zəmin yaranacaq”. Politoloq bildirib ki, bu nə Azərbaycan tərəfi üçün, nə Ermənistan, nə də region üçün lazım olan məsələ deyil.

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız