kanal1

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır - KİV

Tarix:8-02-2023, 19:31
Baxış Sayı:129 860

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır - KİV


Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. 

Bu barədə diplomatik mənbələrdən haqqin.az-a əməliyyat məlumatları daxil olub.

Məlumata görə, onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Hazırda İİKK-nin əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır.

Sayt qeyd edir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan İİKK generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta İİKK-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.

Məlumata görə, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.

Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə İİKK-nın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bunda İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür.

Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.

Xatırladaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu da təsdiqlənib.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə bu vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar.

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız