kanal1

Qərbi Azərbaycana qayıdış yolu: "Kompensasiya ödənilərsə..." - GƏLİŞMƏ

Tarix:23-06-2023, 15:30
Baxış Sayı:43 130



Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qurqen Arsenyan yerli mətbuata açıqlamasında 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyaya məruz qalmasına görə təəssüflənib.

Onun sözlərinə görə, Ermənistandan azərbaycanlıların zorla çıxarılması böyük səhv idi:

"1980-ci illərin sonlarında Ermənistandan azərbaycanlıların qovulması səhv addım olub. Azərbaycanlılar Ermənistanda qalıb yaşamalı idilər".

Həmçinin, bəzi erməni ekspertləri və ziyalıları hesab edir ki, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların zorla və güc yolu ilə öz dədə-baba torpaqlarından deportasiya edilməsi iki xalq arasında münaqişənin alovlanmasına təkan verdi.

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili, professor Hikmət Babaoğlu Cebhe.info-ya açıqlamasında qeyd edib ki, müxtəlif illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi Ermənistan-Azərbaycan münaqişəsində dərin kök salıb:

“Əlbəttə, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından deportasiya edilməsi münaqişənin gərginləşməsinə təkan verib. Çünki Azərbaycanda ermənilərin, eləcə də İrəvanda azərbaycanlıların yaşaması iki sovet dövləti arasında etimadın qorunmasında mühüm amil hesab olunub.

Təəssüf ki, 1987-ci ildən başlayaraq Ermənistanda erməni millətçilərinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması, onları tarixi torpaqlarından qovması və ya daha çox cinayətin törədilməsi iki xalq arasında münaqişənin alovlanmasına gətirib çıxardı.

Əgər azərbaycanlılar Ermənistanda qalıb yaşasaydılar və onlara toxunmasaydılar, bəlkə də sonrakı mərhələdə münaqişəni yumşaq formada həll etmək mümkün olardı. Azərbaycan və Ermənistan arasında münasibətlər bu qədər çətinləşməzdi”.

Deputatın sözlərinə görə, qərbi azərbaycanlıların Ermənistandakı öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq səviyyədə ciddi tədbirlər görülməlidir:

“İlk öncə qərbi azərbaycanlıların hüquqları beynəlxalq səviyyədə tanınmalıdır. BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyaya məruz qalması və tarixi torpaqlarından qovulması barədə rəsmi sənədlər qəbul olunmalıdır.

Etiraf edilməlidir ki, qərbi azərbaycanlılar, həqiqətən etnik təmizləməyə məruz qalıblar. Bu məsələ öz həllini tapdıqdan sonra Ermənistan üzərinə qərbi azərbaycanlıların öz doğma kəndlərinə, vaxtilə yaşadığı şəhərlərə və qəsəbələrə qayıtmasının təmin edilməsi ilə bağlı öhdəliklər götürməlidir.

Eyni zamanda Azərbaycan ilə Ermənistan arasında imzalanması gözlənilən sülh sazişində qərbi azərbaycanlıların Ermənistana qayıdışı, bu ölkədə onların yaşayış hüquqlarının təminatı və qorunması ilə bağlı müddəa əksini tapmalıdır”.

Hikmət Babalı Ermənistan tərəfindən qərbi azərbaycanlılara kompensasiya ödənilməsinin zəruriliyini də vurğulayıb:

“Bu məsələ qərbi azərbaycanlıların qayıdış konsepsiyasında ayrıca bir maddə kimi nəzərdə tutulub. Qeyd etdiyim kimi, azərbaycanlıların Ermənistana qayıtdığı təqdirdə ilk növbədə onların yaşamaq hüquqları və təhlükəsizliyi təmin olunmalıdır.
Ondan sonra isə Ermənistan tərəfindən soydaşlarımıza kompensasiya verilməlidir. Ona görə ki, münaqişə zamanı Ermənistanda onların əmlakı, mülkləri və bir çox əşyaları erməni millətçiləri tərəfindən talan edilib".

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO