kanal1

Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək

Tarix:29-01-2026, 10:10
Baxış Sayı:650

Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək


Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.


Hüquqşünas Sahib Məmmədov sözügedən müavinətin əvvəllər də olduğunu deyib.


Lakin indiyədək bu məbləğ əmək haqqının azı 2 misli qədər idi.


Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər. /Baku TV

Türkiyə Ermənistanla sərhədi açdı
Türkiyə Ermənistanla sərhədi açdı
​Vasif İmanov: 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir
​Vasif İmanov: 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir
Ruslan İsayev: 15 İyun - milli qürur günü
Ruslan İsayev: 15 İyun - milli qürur günü
Vəfadar Orucov: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi
Vəfadar Orucov: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi
Manaf Manafov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi
Manaf Manafov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi
İsrafil Hüseynov: Müstəqilliyin xilasından tarixi Zəfərə uzanan yol
İsrafil Hüseynov: Müstəqilliyin xilasından tarixi Zəfərə uzanan yol
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq