kanal1

Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başladı - FOTO

Tarix:17-12-2024, 12:22
Baxış Sayı:14 535

Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başladı - FOTO


İşğaldan azad edilmiş Xankəndi şəhəri və Xocalı rayonlarında uşaq bağçaları fəaliyyətə başlayır. 

Bu gün Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra  istifadəyə verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi  bağçada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 34 ildən sonra fəaliyyəti bərpa edilən uşaq bağçası 80 yerlikdir. Burada 4 yataq otağı, 4 yemək və oyun otağı, 5 mətbəx, 1 tibbi otaq, 4 inzibati otaq, 1 anbar, 1 iclas zalı, 1 musiqi otağı və 7 sanitar qovşaq  mövcuddur.

Bağça 4 qrupdan ibarətdir.
1 yaşdan 3 yaşadək kiçik qrup, 3 yaşdan 4 yaşadək orta qrup, 4 yaşdan 5 yaşadək böyük qrup və 3 yaşdan 6 yaşadək böyük qarışıq qrup var . 
Kiçik qrup üzrə 10 uşaq, orta qrup üzrə 12, böyük qrup üzrə 16, böyük qarışıq qrup üzrə 5 uşaq olmaqla, 43 uşaq hazırda bağçada təlim-tərbiyə alır. Burda 15 nəfər işlə təmin olunub.

Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi- uşaq bağçasının açılışı olub. Açılış mərasimində rəsmi qonaqlarla yanaşı valideyinlər və bağça kollektivi də iştirak edib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayaraq, dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda yenidən yaradılan təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb. Qeyd edək ki, bağça 40 uşaq yerlikdir və 2 qrupdan ibarətdir. 24 uşağın təlim-tərbiyəsi ilə 14 işçi məşğul olur. Müasirliyi ilə seçilən bu uşaq bağçasında 2 yataq otağı, 2 yemək və oyun otağı, 2 mətbəx, 2 inzibati otaq, 1 anbar, 1 tibb otağı və 2 sanitar qovşaq mövcuddur.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda