kanal1

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer aldı

Tarix:16-07-2025, 08:39
Baxış Sayı:44 961

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer aldı


Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan "Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur.
Reklamınızı SmartBee ilə effektiv edin.

Bildirilib ki, reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.
Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionu üzrə "QS dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi”ndə təmsil olunan yeganə ölkədir. Mərkəzi Asiya regionu ilə müqayisədə isə Qazaxıstanın Almata şəhərindən sonra (91-ci mövqe) Bakı şəhəri 2-ci sıradadır. Belə ki, müvafiq region üzrə reytinqə daxil olan Astana şəhəri (Qazaxıstan) 127-ci, Bişkek şəhəri (Qırğızıstan) isə 138-ci mövqedə yer alıb.

Qiymətləndirmə zamanı şəhərin arzuolunanlığı (ətraf mühit və təhlükəsizlik), əlverişliliyi (təhsil haqları və ümumi yaşayış xərcləri), tələbələrin şəhərin əhalisi üzrə payı, tolerantlıq və inklüzivliyə görə şəhərin nüfuzu, məşğulluq imkanları, "QS dünya universitetlərinin reytinqi”ndə şəhər üzrə təmsil olunan universitetlərin sayı, o cümlədən şəhərdə yaşayıb təhsil almış tələbələrin fikirləri kimi meyarlar təhlil olunur.(qaynarinfo)

Polis əməliyyat keçirdi
Polis əməliyyat keçirdi
Şuşada TDT Forumu keçirilir
Şuşada TDT Forumu keçirilir
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
KTMT niyə Türkiyəni hədəf göstərdi?
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Azərbaycanda güclü zəlzələ oldu
Azərbaycanda güclü zəlzələ oldu
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…