kanal1

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Daşdəmirbəyli və Ağabəyli kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

Tarix:23-09-2023, 09:44
Baxış Sayı:21 344



Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 20 sentyabr 2023-cü ildə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Daşdəmirbəyli və Ağabəyli kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Daşdəmirbəyli və Ağabəyli kəndlərində elektrik, təbii qaz, rabitə və internet xidmətlərinin, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, giriş avtomobil yollarının təmiri, Daşdəmirbəyli kənd tam orta məktəbi üçün binanın tikintisi, şəhid adının əbədiləşdirilməsi, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, işlə təminat və ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.









DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi