kanal1

"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"

Tarix:Dünən, 09:33
Baxış Sayı:417

"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"


Uzun müddətdir Amerikada yaşayan keçmiş aktyor Tolqa Karel "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan Haluk Levent haqqında sərt açıqlamalar verib.


Karel sosial şəbəkə hesabında paylaşım edərək Haluku tənqid edib.


"Allah bəlanı versin, Haluk Levent. O pullarda kasıbın, ehtiyac sahibinin, yetimin haqqı var. İnşallah, ağırlaşdırılmış ömürlük həbs cəzası alarsan" deyə, Karel bildirib.


Keçmiş aktyor daha sonra ifaçının bu hərəkətinin insanlarda məyusluq yaratdığını əlavə edib:


"Doğrudan da dəli olacağam. Bu necə dərnəkdir ki, yaxtalar, villalar, torpaqlar alınır-satılır, pullar özəl şirkətlərin hesablarına köçürülür? Bu, çox böyük qalmaqaldır.


Məncə, Haluk Levent insanların içində qalan son ümid işığını, o saf duyğuları da məhv etdi. Bunu cəmiyyətin mənəvi çürüməsinin tabutuna vurulan son mismar adlandırmaq olar. Çox pis oldum. Bilmirəm insan olmaq müqəddəsdir. İnsanlara hər zaman inandım".


Qeyd edək ki, Levent barəsində "Ahbap" Dərnəyi adına toplanan ianələrin bəzi şəxslərin hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində həbs qətimkan tədbiri seçilib. Onun pulların bir qismini qumara sərf etdiyi deyilib.(axsam.az)




DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi