kanal1

Agentliyin dəstəklədiyi ictimai iştirakçılıqla bağlı layihə uğurla davam edir

Tarix:13-10-2023, 09:51
Baxış Sayı:25 896



10-12 Oktyabr 2023-cü il tarixlərində Lənkəran və Astara şəhərlərində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin seminarları keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 01 avqust 2023-cü ildən 30 oktyabr 2023-cü ilə qədər dövrü əhatə edir.
     
Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, tədbirlərin hr birində 20 nəfər gəncin iştirakı ilə keçirilimişdir. Layihənin məqsədi regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdən ibarətdir. Son dövrlər dünyada gedən qloballaşıma şəraitində Azərbaycan Respublikasında aparılan islahatlar gənclərimizin ictimai iştirakçılıq sahəsində fəaliyyətinin gücləndirilməsini zəruri etmişdir. Bunlardan dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu ictimai iştirakçılıq haqqında qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması aid olunmalıdır. Həmçinin  nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumların yaradılmasında, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanmasında, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsində cəmiyyətin, o cümlədən onun fəal kəsimini təşkil edən gənclərin iştirakını zəruri etmişdir. Seminar zamanı iştirakçılara ictimai qınaq nədir? ictimai iştirakçılığın məqsədi, prinsipləri, formaları vətəndaş cəmiyyəti institutları, ictimai şura nədir? vətəndaşların təşəbbüs qruplarının yaradılması qaydaları, ictimai şura nədir? ictimai şuralarda təmsilçiliyin faydaları, onun hüquqları, vəzifələri, seçkilərin təşkili , fəaliyyət prinsipləri, əməkdaşlıq istiqamətləri, ictimai nəzarət nədir? onun etik standartları, ictimai müzakirələr və ictimai dinləmələr mövzularında gənclərə məlumatlar verilmişdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. 
Tədbir müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur. 
“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi