kanal1

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda istirahət və müalicə mərkəzlərinə baxış keçirib -Fotolar

Tarix:3-11-2023, 09:19
Baxış Sayı:22 700

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda istirahət və müalicə mərkəzlərinə baxış keçirib -Fotolar


Noyabrın 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-ə üzv təşkilatların rəhbərləri Naxçıvan şəhərinə səfər ediblər.

AHİK sədri Səttar Möhbalıyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarət edib, qarşısına güllər düzüb.
Sonra Sətttar Möhbalıyev Culfa rayonunda yerləşən “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC-yə və tikintisi davam etdirilən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinə baxış keçirib.

AHİK sədri kompleksdə aparılan abadlıq-quruculuq işləri və mərkəzdə yaradılan şəraitlə tanış olub və pasiyentlərə göstərilən xidmətin daha da yaxşılaşdırılması üçün bəzi tapşırıqlar verib.
Səttar Möhbalıyev Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən AHİK-ə məxsus “Ağbulaq” istirahət mərkəzinə də baş çəkib. O, mərkəzdə istirahət edənlərin qaldığı korpus otaqlarına, kotteclərə, həmçinin yeməkxanaya və mətbəxə baxış keçirib, turistlərin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, ərazini gəzib.
Məlumat verilib ki, istirahət mərkəzi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir və 76 nəfərin qala biləcəyi 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xətli telefon, mini bar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub. Ağbulaq İstirahət Mərkəzində kafe-bar, restoran-bar turistlərin istifadəsindədir. Bundan başqa, burada mini futbol-voleybol meydançası, uşaqlar üçün əyləncə parkı, market, poçt xidməti və başqa xidmətlər də mövcuddur.
AHİK sədri həmçinin istirahət mərkəzinin nəzdində olan Xizək mərkəzində də olub. Bildirilib ki, mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri, xizəksürmə məktəbi mövcuddur. Burada turistlər rahat şəkildə geyimləri və ləvazimatları – gödəkcə, snoubord, kirşə, xizək ayaqqabısı, xizək çubuğu, xizək, dəbilqə, eynək, əlcək və şalvarı ən ucuz qiymətə kirayə edə bilirlər. Mərkəzdə ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər keçir və təhlükəsizlik qaydalarını izah edirlər. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb. Kanat liftinin başlanğıcında və sonunda fəaliyyət göstərən kafelərdə qonaqlara tez hazırlanan qida və kofe, çay və digər içki çeşidləri təklif olunur. AHİK sədri turistlərə göstərilən xidmət səviyyəsinin daha da artırılması ilə bağlı mərkəz rəhbərliyinə bir sıra tapşırıqlar verib.
Noyabrın 2-də Səttar Möhbalıyev "Duzdağ" hotel və Duzdağ Fizioterapiya Mərkəzinə baxış keçirib. Buraya istirahətə və müalicəyə gələnlər üçün yaradılmış şəraitlə tanış olan AHİK sədri keyfiyyətin daha da artırılması üçün müəyyən tapşırıqlarını verib.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda