kanal1

Elman Nuriyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

Tarix:5-08-2022, 11:13
Baxış Sayı:29 057



Sabirabad rayon Bəndatma İdarəsinin müdiri Elman Nuriyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz çaylarında Bəndlərin İstismarı idarəsi qrafikə uyğun olaraq öz işini davam etdirir. İdarənin vəzifəsi əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaqdan ibarətdir. Bu məqsədlə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir. İdarənin balansında 1491 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-dən çoxu Araz çayında, 421 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 137 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğuların da vaxtaşırı təmiri həyata keçirilir. Hazırda idarənin balansında olan Girdimançayda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir.

Genişmiqyaslı görülən tədbirlər çərçivəsində çayların sərt döngələrində sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-ci ildən 2021-ci ilə qədər 14660 metr məsafədə daş-betonla sahilbərkitmə işləri yerinə yetirilib. Ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 108 km-ə yaxın bəndin təmiri, 121 km-dən artıq qayakəsmə işləri 17 km-ə yaxın uzunluqda məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 2250 metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. 2022-ci ilin əvvəlindən bu günə kimi cari təmir planları əsasında 17 km-ə yaxın məsafədə mühafizə bəndlərinin təmiri, 21 km qayakəsmə işləri və 6 km uzunluğunda məcratəmizləmə işləri həyata keçirilib. Bütün görülən işlərin yerinə yetirilməsində 19 ədəd ekskovator, 18 ədəd buldozer və 20 ədəd yükü özü boşaldan maşınlar istifadə edilib.

Qeyd edək ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, xidməti ərazisinə daxil olan Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əhalini, yaşayış məntəqələrini və kənd təsərrüfatı obyektlərinin sel sularından qorumaq üçün fəaliyyətini davam etdirir.
.




Sabirabad rayon Bəndatma İdarəsinin müdiri - Elman Nuriyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elman Nuriyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayon Bəndatma İdarəsinin müdiri - Elman Nuriyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sabirabad rayon Bəndatma İdarəsinin müdiri - Elman Nuriyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad rayon Bəndatma İdarəsinin müdiri - Elman Nuriyevdir.

Sabirabad rayon Bəndatma İdarəsinin müdiri - Elman Nuriyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli müdir peşəsinə yiyələnən Elman Nuriyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Elman Nuriyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elman Nuriyevdən danışdılar yaxşı ki, Elman Nuriyev Sabirabad rayon Bəndatma İdarəsinin müdiri təyin olunub… Elman Nuriyev öz isguzarlığı ilə tanınır və seçilir….

Elman Nuriyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elman Nuriyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elburus Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad rayon Bəndatma İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda