kanal1

Deputat Aqiyə Naxçıvanlı: dərdin dərdimizdir, Şəhid atası… -Foto

Tarix:18-09-2022, 14:01
Baxış Sayı:35 870

Deputat Aqiyə Naxçıvanlı: dərdin dərdimizdir, Şəhid atası… -Foto


Deputat Aqiyə Naxçıvanlı Sentyabrın 12-si və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində​ genişmiqyaslı təxribat törədən zaman Murov istiqamətində düşmən hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalmış Abbaslı Nail Adil oğlunun ailəsinə baş çəkmişdir. Ailənin dərdi təzə, ağrıları böyük idi... Nailin nəşi sentyabrın 14-də doğulduğu Qarabaldır kəndində torpağa verilmişdi. Məqsəd dərin sarsıntı keçirən ailənin yanında olmaq, dərdlərinə şərik çıxmaq idi. Şəhidin atası və yaxınları Nailin uşaqlıqdan zəhmətkeş, böyük sözü dinləyən, vətənpərvər, tərbiyəli bir insan kimi yetişdiyini qeyd edərək, artıq 1 il olardı ki, Azərbaycan Ordusunda MAXE​ kimi xidmətə başladığını bildirdilər. Onu bu işə ilhamlandıran isə Vətən Müharibəsində ordumuzun göstərdiyi rəşadət, hünər və qazandığı qələbə idi. Nail bilirdi ki, bu qələbəni qazanmaq nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq da bir o qədər çətin və qürurvericidir. Məhz buna görə də o 2021-ci ilin noyabrından​ yenidən Ordu sıralarına qayıdaraq hərbi xidmətə başladı. Şəhidin atası​ deputat Aqiyə Naxçıvanlının belə ağır gündə onların yanında olduğunu, ağrılarına məlhəm,​ dərdlərinə şərik çıxdığını qeyd edərək bu gəlişin dövlətimizin şəhid ailələrini heç bir zaman diqqətsiz qoymadığının nümunəsi olduğunu söyləmişdir. “Dərdin dərdimizdir, Şəhid atası” - deyən deputat xanım bunu hər bir azərbaycanlının vətəndaşlıq borcu adlandırmış və nə qədər ki dövlətimiz var şəhid yaxınlarına münasibətin başqa cür olmayacağını bildirmişdir. Ailə ilə vidalaşan Aqiyə Naxçıvanlı onların qayğı və problemlərini daim diqqətdə saxlayacağını, əlindən gələn hər köməkliyi göstərəcəyinə söz vermişdir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi