kanal1

Özünü azərbaycanlı adlandırıb düşmən sırasında dayananlar

Tarix:20-09-2022, 12:32
Baxış Sayı:25 438





        Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində ermənilər tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar, revanşist siyasət yeritdiyini sübuta yetirdi.
         Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
          13 sentyabr təxribatı qətiyyən təsadüfi epizod hesab oluna bilməz. Əksinə son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Azərbaycanın bütün bu təhdidlərə dərhal cavab verməyə hər zaman hazır olması, ən əvvəl iki məsələdə-  ölkənin hərbi qüdrətinin artırılmasında və milli həmrəylik mühitinin gücləndirilməsində özünü göstərməlidir. Bu gün Azərbaycana qarşı edilən həmlələr sadəcə silahlı dəstələr, hərbi təxribatlarla həyata keçirilmir. Düşmən xalqımızın mənəvi-siyasi birliyini sarsıtmaq üçün də ciddi səylət göstərir, ideoloji diversiyalar hazırlayır. Çox təəssüflər olsun ki, bu ideoloji müharibədə özünü azərbaycanlı adlandırıb faktiki olaraq düşmən sırasında dayananlar da var. Bu isə onların xəyanətkar xislətinin ifadəsindən başqa bir şey deyildir. Belə insanlar Vətən hissindən, mənəviyyat duyğusundan uzaqdırlar. Bu cür xəyanətkarların Azərbaycan adına heç bir aidiyyatı yoxdur.  
          Azərbaycan azad edilmiş torpaqlarda yenidən şəhərlər, kəndlər salır ki, 30 il yurd həsrətilə yaşamış insanlarımız yenidən öz dədə-baba torpaqlarına qayıtsınlar. Belə olan halda isə həmin insanların təhlükəsizliyini təmin etmək dövlətin bir nömrəli vəzifəsidir. Bu məqsədlə biz ilk növbədə Ermənistanla sərhəd boyunca mövqelərimizi möhkəmləndirməliyik. Azərbaycan ordusu ərazilərimizi gələcəkdə məruz qoyula biləcəyi təcavüzlərdən qorumaq üçün möhkəm istehkamlar qurmalıdır. Elə sonuncu- sentyabrın 13-də keçirilən antiterror əməliyyatlarının gedişində qəhrəman Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklər də ilk növbədə bu məqsədlərə xidmət edir. 

YAP Şamaxı rayon təşkilatının sədri
Tural Qasımlı

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi