kanal1

Səttar Möhbalıyev: “Ulu Öndərin müəllifi olduğu Konstitusiyamız ölkəmizin davamlı inkişafının əsasını qoydu”

Tarix:11-11-2022, 10:01
Baxış Sayı:19 071

Səttar Möhbalıyev: “Ulu Öndərin müəllifi olduğu Konstitusiyamız ölkəmizin davamlı inkişafının əsasını qoydu”


“1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etsə də, ölkənin ictimаi-siyаsi həyatında yaşanan qеyri-sаbitlik, хаоs, özbaşnalıq dövlət quruculuğu işində ciddi əngəl törədirdi. Təbii ki, baş verən bu cür xoşagəlməz hadisələri aradan qaldırmadan dövlətimizin tamamilə azadlığına qovuşması mükün deyildi. Bunu dərindən analayan müdrik xalqımız növbəti mühüm qərarını verərək öz dahi oğlunu - Heydər Əliyevi yenidən hakimiyyətə gətirməklə Azərbaycan adlı dövləti qurmaq işini ona etibar etdi. Tarixin sonrakı gedişi xalqımızın müdrikliyini, dahiliyini bir daha ortaya qoymuş oldu. Bütün həyatını xalqına, dövlətinə həsr edən nəhəng siyasətçi qısa müddətdə ona göstərilən etimadları layiqincə döğrultdu – dövlətimizin hüquqi və siyasi-iqtisadi müstəqilliyinin təmin olunması prosesi sürətləndi, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət quruculuğu işinə start verildi, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı, demokratik inkişafa yol açan önəmli qərarlar, qanunlar qəbul edildi. Heydər Əliyevin dövlətimizin qarşısında gördüyü ən əhəmiyyətli işlərdən biri müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasıdır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik ənənələri əsasında milli ruhda hazırlanan Konstitusiyamız ölkəmizin demokratik inkişafına geniş yol açmış oldu: “Məlumdur ki, dövlətlərin mahiyyəti, xüsusiyyəti onun Konstitusiyası ilə müəyyən edilir. Bu baxımdan Azərbaycan Konstitusiyası demokratik təbiəti, insan hüquq və azadlıqlarına geniş yer verməsi, siyasi plüralizmin əsas götürülməsi ilə dünyanın ən mükəmməl, qüsursuz ali qanunlarından biri hesab olunur. Ulu Öndərin müəllifi olduğu Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Həmçinin insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu”.

“Konstitusiyada vətəndaşlarımızın əsas hüquq və azadlıqlarının təmin olunmasına bilavasitə 48 maddə həsr edilib. Bu, dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına aiddir.

Əminliklə deyə bilərik ki, insanın sahib ola biləcəyi bütün hüquqlar - əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, vicdan azadlığı, fikir və söz azadlığı, dövlətin idarə olunmasında iştirak etmək və başqa hüquqlar Konstitusiyamızda öz əksini tapıb və bütün bunlar vətəndaşların mənafeyinə xidmət edir. Müxtəlif illərdə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər əsas Qanunun təkmilləşməsinə gətirib çıxarıb. Bu dəyişikliklər dövlətimizin sosial-iqtisadi bazasının daha da güclənməsinə, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminatın yaradlımasına, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının genişlənməsinə səbəb olub”, - Milli Məclisin deputatı qeyd edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi