kanal1

Şamaxı rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası və Dövlət Komissiyasının işçi qrupunun birgə iclası keçirilib

Tarix:18-11-2022, 15:54
Baxış Sayı:22 703

Şamaxı rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası və Dövlət Komissiyasının işçi qrupunun birgə iclası keçirilib


Şamaxı rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası və Dövlət Komissiyasının işçi qrupunun birgə iclası keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini – Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Hikmət Şikarov, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və müvafiq komissiyanın üzvləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan rayon komissiyasının sədri Hikmət Şikarov son illər ərzində bu istiqamətdə görülmüş işlərdən danışaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixli, iclasında qəbul edilmiş Qərarların icrası istiqamətində qarşıya qoyulmuş vəzifələri qeyd etdi.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov Dövlət Komissiyası tərəfindən ölkə ərazisində görülmüş işlərdən həmçinin  komissiya tərəfindən qəbul edilmiş qərarların icrası sahəsində birgə fəaliyyətin vacibliyindən danışdı.

Digər çıxış edən komissiya üzvləri rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizədən bəhs edərək, komissiya tərəfindən görülmüş maarifləndirmə işlərindən və qarşılıqlı fəaliyyətin səmərəliliyindən söhbət açdılar.


DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi