kanal1

Kəlbəcər rayonunun yeni inkişaf dövrü

Tarix:25-11-2022, 15:30
Baxış Sayı:91 265




Ali Baş komandan İlham Əliyevin qabaqcıl siyasəti və müzəffər ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020 ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan ,Şəhid vermədən Azərbaycana geri qaytarılıdı. Kəlbəcər şəhəri və 147 yaşayış məntəqəsi işğaldan azad edildı . 
Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkşaf dövrü başladı. Hal hazırda  Kəlbəcərdə abadlıq- quruculuq işləri sürətlə davam edir.İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi  də sürətlə inkişaf edir. Belə ki ,           26 iyun  2022 ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni yaradilmiş komando qüvəllərinin hərbi hissəsinin açılış mərasimi təşkil edilmişdir. Bunula yanaşı , İlham Əliyevin iştirakı ilə iyunun            26 -sında Kəlbəcər rayonunda” İstisu “sanatoriyasının  və zavodunun təməl qoyma mərasimi də quruculuq işlərinə olan nümunələrdəndir.
“İstisu” mineral və müalicəvi suyu bu bölgənin təbii sərvətilərindən hesab edilmişdir. Beləki oz tərkibi və fiziki xüsusiyyətlərinə gorə “İstisu “ dünya da məşhur olmuşdur. 
Bildiyimiz kimi Kəlbəcər rayonu  çətın relyefli ərazidə yerləşir. Lakin buna baxmayaraq təhlükəsizlik məsələri nəzərə alınaraq ,Murovdağ silsiləsinin altinda 12 kilometrə yaxin tunel tikitisnin layihəsin həyata kecirliməsi nəzərdə tutulur.Layihə həyata kecirildikən sonra əhalimiz bu yolla  rayona rahat gəlib- gedə biləcəklər .
Torpaqlarımız işğaldan azad ediləndən sonra Şərqi Zəngəzuru və Qarabağı böyük quruculuq meydanına çevirən Prezident İlham Əliyev bu ərazilərdə görülən bütün işləri şəxsi nəzarəti altında saxlayır. Mütəmadi olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə həmin bölgələrə səfər edən dövlət başçımız yeni layihələrin təməlini qoyur, gerçəkləşdirilən işlərin gedişatı ilə yerindəcə tanış olur.
Kəlbəcər rayonunda yeni tikilmiş "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışında da iştirak edən Prezident Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoymuş, tikilməkdə olan "Çıraq-1" Kiçik Su-Elektrik stansiyasında  və həmçinin hazırda Kəlbəcərdə 5 yerdə inşa edilən elektrik stansiyaları barədə də yaxından maraqlanır .
 Bununla yanaşı İşğaldan azad edilmiş  ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. 
Yaxın gələcəkdə  tikiləcək  yaşayiş binaları , məktəblər, xəstəxanalar və s layihələrin bir hissəsinə daxil edilmilşdir .
    Qısa zaman ərzində görülən bütün bu işlər dövlətin gücünün və Prezidentin qətiyyətinin bir daha göstiricisidir.
                                                         
 Elxan Misirxanov adına 
71№ li tam orta  məktəbin  ingilis  dili  müəllimi             Şükürova Alidə Fazil qızı.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi