kanal1

“Qisasımız qiyamətə qalmadı” kitabının təqdimatı keçirilib

Tarix:7-03-2023, 11:06
Baxış Sayı:31 788



Sumqayıtda Heydər Əliyev Mərkəzində tanınmış şair-publisist Fuad İslamoğlunun “Qisasımız qiyamətə qalmadı” kitabının təqdimatı və imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən şəhər ziyalıları, rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, böyük şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Ulu Öndərin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu oxuculara təqdim edilib. Bildirilib ki, şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.

Qeyd edilib ki, şairin sayca beşinci olan bu kitabından əvvəl oxucuların ixtiyarına verdiyi “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.

Tədbirdə şairin yeni kitabda yer almış müxtəlif dövrlərdə yazdığı şeirləri səsləndirilib.

Sonda şairin oxucularla, o cümlədən şəhid ailələri və qazilər ilə səmimi söhbəti baş tutub və fikir mübadiləsi aparılıb.


















DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi