kanal1

AHİK Türkiyəyə konteyner evlər göndərib -Fotolar

Tarix:11-03-2023, 19:27
Baxış Sayı:24 518

AHİK Türkiyəyə konteyner evlər göndərib -Fotolar


Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə mütəmadi olaraq humanitar yardımlar göndərilir.
Martın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev - konteyner göndərib. Yüksək keyfiyyətlə hazırlanmış konteynerlərdə insanların yaşaması üçün bütün zəruri şərait yaradılıb.
Konteynerlər “Qardaş köməyi” platforması çərçivəsində Lökbatandakı “Agro” terminalından Kahramanmaraş şəhərinə yola düşüb.
AHİK həmçinin zəlzələ qurbanlarına davamlı olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 000 manat vəsait köçürüb.
Qeyd edək ki, AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianə etmişdi.



DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi