kanal1

Prezident tərəfindən təltif olunan həmkarlar ittifaqı fəallarına orden və medallar təqdim olunub -Fotolar

Tarix:13-03-2023, 13:57
Baxış Sayı:32 691

Prezident tərəfindən təltif olunan həmkarlar ittifaqı fəallarına orden və medallar təqdim olunub -Fotolar


Prezident İlham Əliyevin 7 fevral 2023-cü il tarixdə imzaladığı Sərəncamla Azərbaycanda həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə, təltif edilmiş bir qrup şəxsə mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqı fəallarını təltif etdiyi üçün çoxminli ittifaq üzvləri adından dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür edib və onların bu yüksək etimadı bundan sonra da doğruldacaqlarına əminliyini bildirib.
Ardınca Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi inkişaf yolundan, funksiyalarından, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması naminə gördüyü işlərdən, həmçinin AHİK-in yaranmasından, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atdığı addımlardan və dövlətin sosial layihələrinə verdiyi dəstəkdən danışıb.
Həmkarlar ittifaqlarına müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin göstərdiyi dövlət dəstəyini qeyd edən AHİK sədri bildirib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, son dərəcə qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb.
Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyev daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.
AHİK-in yaradılmasının 30 illiyi ilə əlaqədar keçirilən yığıncağın iştirakçılarına Prezidentin ünvanladığı məktuba toxunan Konfederasiya sədri vurğulayıb ki, müasir inkişafın reallıqlarını nəzərə alaraq fəaliyyətimizdə əsaslı dəyişikliklər aparmalı, iş yerlərində əmək hüquqlarının qorunması və işçilərin sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmalıyıq.
Daha sonra Prezidentin Sərəncamı ilə təltif olunmuş şəxslərə orden və medallar təqdim olunub.
Təltif olunan ittifaq üzvləri Prezident İlham Əliyevə minnətdarlıq edərək göstərilən diqqət və qayğı sayəsində həmkarlar ittifaqlarının bundan sonra da daha böyük uğurlara imza atacağını qeyd ediblər.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi