kanal1

Xalqımızın ən əziz bayram olan Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd edilib

Tarix:18-03-2023, 11:19
Baxış Sayı:19 075



Martın 17-də rayon rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları və ictimaiyyət nümayəndələri Ağsu şəhərindəki bayramsayağı bəzədilən Bayraq Meydanına gəliblər. Bayraq Meydanında gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tablolarının, xalqımızın milli musiqi alətlərinin, adət-ənənələrin, geyimlərinin sərgiləri və nağaraçıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.
Bayramsayağı bəzədilən meydanda Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında Ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident cənab İlham Əliyevin böyük xidmətləri vurğulanıb.
Sonra bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb. Tədbirin sonunda ənənəvi Novruz tonqalı yandırılıb.









DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi