kanal1

Göyçayda ekoloji fəlakət yaradan "Iftixar" MMC ALİ kərpiczavodu kimə məxsusdur?!- FOTO fakt

Tarix:27-03-2023, 10:14
Baxış Sayı:21 346







Bir qrup Göyçay sakini tərəfindən azerinfo.az xəbər portallna daxil olan məlumatda bildirilir ki, Göyçayda torpaqlar qanunsuz olaraq qazılaraq "iftixar" MMC ALİ kərpiczavoduna daşınır. 
Sakinlərin bildirdiyinə görə, sözügedən kərpiczavod Hüseynaliyev Alı adlı sahibkara məxsusdur. Hətta bu barədə dəfələrlə xəbər portallarımızda məlumat da vermişdik.

 "Torpaqları Hüseynalıyev  Alının oğlu Tərlan Hüseynaliyev  "eskalatorlar"la qazdırıb "Şadman" markalı maşınlarla atasının kərpiczavoduna daşıtdırır.",-deyə şikayətçilər  bildirir.

Azerinfo.media xəbər saytının bu barədə əldə etdiyi məlumatlardan məlum olub ki,  sözügedən "ekskvatorlar" Göyçay Suvarma Sistemləri İdarəsinin rəis əvəz edicisi Lətif adlı,  "Şadman" markalı maşınları  isə Aydın adlı şəxs icarəyə verib.

Bu işin başında əsas duran Ekologiya və Təbii Sərvətlər nazirinin  müavini Vüqar Kərimov və onun yaxın kadrlarından olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsin rəisi Tofiq Əsgərovun durduğu bildirilir. 

Tofiq Əsgərov ekologiya sahəsinə yad bir kadrdır və hazırda tutduğu posta 2022-ci ildə Mingəçevir Rayon Icra Hakimiyyətindən gətirilib.

Hələki Göyçay rayon Icra Hakimiyyəti və yerli hüquq mühafizə orqanları bu "ekoloji terror"a göz yumur və görünən tərəf odur ki,   hər hansı bir tədbir görmək istəmirlər.

2021-ci ildə həmən bu torpaqqazıntısına görə, yerli bələdiyyə və ekologiya işçilərinin bəzi əməkdaşları tutularaq cinayət məsuliyyətinə cəlb edildi.

P.S.  Artıq bir neçə  aydır ki ekoaktivistlər və gənc könüllülər Ermənistan hakimiyyətindən Qarabağda ekoloji terroru haqlı olaraq  dayandırmağı tələb edilər.  Amma yerli ermənilər isə Göyçay və digər bölgələrdə yüzlərlə  belə "ekoloji terrorlar" təşkil edirlər. 

Qarşı tərəfi dinləməyə hazırıq.



DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi