kanal1

Səttar Möhbalıyev: “Deputat həmkarımıza qarşı törədilən terror aktını qətiyyətlə pisləyirəm”

Tarix:29-03-2023, 09:20
Baxış Sayı:17 707

Səttar Möhbalıyev: “Deputat həmkarımıza qarşı törədilən terror aktını qətiyyətlə pisləyirəm”


“Ötən gecə deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktını şiddətlə qınayıram. Əminəm ki, qüdrətli dövlətimizin hüquq-mühafizə orqanları bu xain silahlı hücumun icraçılarını və sifarişçilərini tezliklə aşkarlayaraq məsuliyyətə cəlb edəcəklər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Görünür, ölkəmizdə bərqərar olan siyasi sabitlik kimlərinsə gözünü qamaşdırır. Bu cür əməllərlə cəmiyyətdə çaxnaşma, qorxu yaratmağa uğursuz cəhdlər edirlər. Amma unudurlar ki, Azərbaycan xalqı dünyanın ən müdrik xalqlarındandır və öz dövlətinin ətrafında dəmir yumruq kimi birləşib. 2020-ci ildə bütün dünya Azərbaycan xalqının mətinliyini və dövlətinin sarsılmaz qüdrətini gördü. Terrorun təşkilatçıları birmənalı şəkildə anlasınlar ki, bu xalqın iradəsinə heç bir şəkildə təsir edə bilməzlər”, - Milli Məclisin deputatı deyib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi