kanal1

Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayır”

Tarix:29-03-2023, 19:51
Baxış Sayı:19 986

Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayır”


“Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Rayon ərazisində yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətmizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Rayona səfəri zamanı Prezidentimiz təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, qiymətli tapşırıq və tövsiyələrini verir. Görülən işlərin keyfiyyəti və sürəti bir daha göstərir ki, Laçın sakinlərini öz ata-baba yurdlarında xoş və firavan həyat gözləyir. Laçın ərazisində tikilməkdə olan beynəlxalq hava limanı xüsusilə böyük əhəmiyyət daşıyır. Belə ki, bu həm rayonun, həm də bölgənin sosial-iqtisadi inkişafına kömək edəcək, turizm imkanlarını artıracaq, logistik mərkəzlərin yaradılmasına gətirib çıxaracaq. Nəticə etibarilə daha çox iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun təmin edilməsinə təkan verəcək”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Prezident İlham Əliyev Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bir sıra vacib və konkret tapşırıqlar verdi. Dövlətimizin başçısı görülən işlərin yüksək keyfiyyətinin, ətraf mühitin qorunmasının, qayda-qanuna əməl edilməsinin vacibliyinə diqqət çəkdi. Prezident həmçinin laçınlılara xoş müjdə də verdi. Belə ki, minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bu, onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil. Məlumdur ki, Böyük Qayıdış proqramı uğurla icra edilir. Tərtər rayonunun Talış kəndinə də ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Təbii ki, həmin mənzərəni hər birimiz böyük qürurla seyr etdik, Talış sakinlərinin üzündəki xoşbəxt təbəssüm bizi xeyli fərəhləndirdi. Sakinlər fərdi evlərə köçürüldülər, onlar doğma kəndlərində hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar”, - AHİK sədri bildirib.

Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına yerinə yetirir: “Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. İşğal dövründə Ermənistan Laçın rayonunda böyük dağıntılar törədib, meşələri məhv edib, hətta qanunsuz məskunlaşma da həyata keçirmişdir. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Amma, təəssüflər olsun ki, bir dəfə də səslərini çıxarmadılar, bütün haqsızlıqlara göz yumdular. Bu gün Azərbaycan əleyhinə qətnamələr qəbul edən Avropa Parlamenti həmin vaxt tamamilə susurdu, işğalçını öz adı ilə çağırmırdı. İndi isə ermənipərəst qüvvələrin təsiri altında mənasız və ədalətsiz qətnamələr qəbul edir. Bəlkə də, düşünürlər bununla nəyəsə nail ola biləcəklər. Əsla. Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi, heç kəs bizim iradəmizə təsir edə bilməz. Zaman da bunu göstərir ki, ədaləti bərpa edən Azərbaycan öz yolu ilə gedir, bölgədə sülh və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirir”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi