kanal1

Azərbaycan Həmkarlar İtifaqları Konfederasiyasının Fransada baș verən tətillərlə bağlı Bəyanatı

Tarix:31-03-2023, 18:46
Baxış Sayı:26 789

Azərbaycan Həmkarlar İtifaqları Konfederasiyasının Fransada baș verən tətillərlə bağlı Bəyanatı


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurasının üzvü kimi Fransa Ümuməmək Konfederasiyası (CGT) ilə uzun illərdir dostluq münasibətləri var. Beynəlxalq həmkarlar ittifaqları hərəkatı çərçivəsində daim təşkilatlarımız arasında qarşılıqlı fikir mübadiləsi aparılır və nümayəndə heyətlərinin səfəri təşkil edilir. Son zamanlar Fransada baş verən tətilləri yaxından izləyirik və təəssüf ki, demokratiyanın beşiyi sayılan Fransada tətildə iştirak edən çox sayda işçilərə, həmkarlar ittifaqları üzvlərinə qarşı polislər tərəfindən zor tətbiq edilir. Bu da ilk növbədə fundamental insan haqlarının sərbəst toplaşma və fikir azadlığı hüquqlarının kobud pozulmasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq Fransada pensiya yaşının uzadılmasına qarşı çıxan Fransa həmkarlar birlikləri ilə həmrəy olduğumuzu bildiririk. Pensiya sistemindəki islahat işçilərin və onların ailələrinin rifahına birbaşa hücumdur. Bərabərsizlik və yaşayış böhranının artığı bir dövrdə bu cür islahat qəbuledilməzdir, çünki bu öz növbəsində ölkədə və cəmiyyətdə yeni sosial-iqtisadi problemlərə gətirib çıxara bilər. Biz Fransa hökumətindən tələb edirik ki, insanlara küçələrdə tətbiq edilən zorakılığı dayandırsın və işçilərin hüquqlarını qoruyan həmkarlar
ittifaqları təşkilatarı ilə ortaq məxrəcə gəlmək üçün bir masaya əyləşsin.

Hörmətlə,
Azərbaycan Həmkarlar itifaqları Konfederasiyasının üzvləri

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi