kanal1

Paytaxtın Xəzər rayonunda Vətən müharibəsi şəhidi Kazımov Əmir İlham oğlunun əziz xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib -Fotolar

Tarix:18-04-2023, 13:53
Baxış Sayı:132 578

Paytaxtın Xəzər rayonunda Vətən müharibəsi şəhidi Kazımov Əmir İlham oğlunun əziz xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib -Fotolar


Azərbaycan Cüdo Federasiyası və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 16-da Şağan Olimpiya İdman Kompleksində 350-dən çox uşaq və yeniyetmələr arasında cüdo üzrə rayon turniri təşkil olunub. Turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

aia.az xəbər verir ki, turnirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Teymur Həşimov, Şəhidin atası İlham Kazımov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov, Xəzər RİHB Şağan qəsəbə İƏD üzrə nümayəndəsi Tərlan Dadaşov, hakimlər və idmançılar iştirak ediblər.

Yarışın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin, onların ailə üzvlərinin xatirələrini uca tutmaq, cüdo idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idman və sağlam həyat tərzinin təbliğ olunması, cüdo idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, asudə vaxtın səmərəli təşkil edilməsi və zərərli vərdişlərin qarşısının alınmasıdır. Qalib idmançılara Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallar təqdim edilib.


[right][/right]

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi