kanal1

Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusu!

Tarix:5-05-2023, 00:18
Baxış Sayı:23 617



04 May 2023-cü il tarixində “Heydər Əliyev ili” ilə əlaqədar YAP Ağsu rayon təşkilatı Sağ sahil (Ağsu rayon Mərkəzi Xəstəxanası) ərazi partiya təşkilatında        “ Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Ağsu RMX PHŞ-nin direktoru Əli Hüseynov bildirib ki, Heydər Əliyev irsi milli dövlətçilik tarixidir. Ulu öndər bir- birindən kəskin fərqlənən iki ayrı dövrdə həm SSSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib. Əli Hüseynov Vurğulayıb ki, Ulu öndər Hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın hərtərəfli inkişafı məhz Ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük fəxrlə “ Mən  həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən dahi şəxsiyyət dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndər  xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb.  1993-2003-cü illərdə Ümummilli Liderin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük zəfərə aparan yolun başlanğıcı olmuşdur.
















DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi