kanal1

AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Tarix:24-05-2023, 15:00
Baxış Sayı:20 885

AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib


Mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) övladları himayəyə götürülmuş şəhidlərin ailə üzvlərinin bir qismi ilə görüş olub.

Şəhid ailələrini salamlayan AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov onları qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib.
Azərbaycan xalqının parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan söz açan H.Cəfərov bildirib ki, Azərbaycan xalqı Vətən, torpaq, dövlət uğrunda şəhid olmuş oğul və qızlarını heç vaxt unutmur, əziz xatirələrini hər zaman dərin ehtiramla yad edir: “Şəhidlərimizin ailələri bizim qürur yerimizdir, onlara qayğı göstərmək hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misili yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə hərtərəfli dəstək olur”.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.
Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda