kanal1

Yasamal rayonunda iməclik keçirilib -Fotolar

Tarix:5-06-2023, 10:46
Baxış Sayı:22 252

Yasamal rayonunda iməclik keçirilib -Fotolar


Məlumdur ki, isti yay günləri bu və ya digər infeksion xəstəliklərə səbəb ola biləcək bakteriyaların, eləcə də onların daşıyıcıları olan müxtəlif həşəratların aktivləşmələri və çoxalmaları üçün ən ən münasib dövrdür. Buna görə də əhalinin sağlamlığının qorunması, eləcə də şəhərimizin sanitar-gigiyenik vəziyyətinin normada saxlanması məqsədilə vaxtlı-vaxtında profilaktik tədbirlər keçirilməlidir.

Qeyd etmək lazımdır ki, Bakının Yasamal rayonunda bu məsələlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılır. Elə bu gün-də Yasamal rayon Mənzil Kommunal Birliyinin əməkdaşları tərəfindən keçirilən iməclik də bu qəbildən olan tədbirlərdən biridir. İməclik rayonun Mətbuat, İnşaatçılar, H.Cavid, N.Nərimanov, Parlament prospektlərini, habelə Mikayıl Müşviq və A.M.Şərifzadə küçələrini əhatə edib. Səhər saatlarında başlanan iməcliyin gedişində göstərilən ünvanlarda yerləşən zibil konteynerlərinin, eləcə də küçə boyunca quraşdırılmış kiçik həcmli zibil qablarının yuyulması və dezinfeksiya olunması işləri də görülüb. Bundan başqa küçə və prospektlərimizi axşam saatlarında işıqlandıran küçə fənərlərinin dirəkləri də yuyularaq toz-torpaqdan təmizləniblər. Ümumiyyətlə Yasamal MKTB-nin işçiləri tərəfindən küçələrin, yaşıllıq zonalarının, məhəllədaxili ərazilərin təmizliyi və dezinfeksiyası ilə bağlı bir sıra tədbirlər görülüb. Əldə etdiyimiz məlumata görə, bu kimi tədbirlərin rayon ərazisində bütün yay mövsümü boyunca mütəmadi keçiriləcəyi nəzərdə tutulub.

Elbrus Bağırov


DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi