kanal1

Yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır

Tarix:8-06-2023, 15:00
Baxış Sayı:23 621



Bütün insanların əsas məqsədi bu dünyada rahat və xoşbəxt yaşamaqdır.

Lakin rahat və xoşbəxt yaşamaq üçün, ilk növbədə sağlam can olmalıdır. Çünki cansağlığı olmadan xoşbəxtlik də olmaz. Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin çox böyük rolu var. Bunun üçün ilk öncə həkimlərin etik davranış qaydaları vacibdir, həkim xəstə ilə nə qədər qarşılıqlı səmimi münasibətlər yaradarsa müalicə prosesində də bir o qədər uğur əldə edilər. Həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, sosial vəziyyətindən, dini əqidəsindən, siyasi baxışlarından, milliyətindən, vətəndaşlığından, hətta maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir. Həmçinin həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Buna görə də həkim tibb elminin ən son nailiyyətlərindən istifadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir.

Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə  və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Ona görə ki, yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır. Həm yaxşı, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də Yeni Klinikada ümumi cərrah olaraq fəaliyyət göstərən həkim Elşən Qədimovdur.  Elşən Qədimov çox vicdanlı və peşəsini sevən bir həkimdir. Elşən Qədimov, əsl böyük ürəyə sahib olan bir həkimdir ona görə ki, o,  xəstəxanda fəaliyyət göstərdiyi müddətdən etibarən hazırki vaxta kimi bütün xəstələrə tam səmimi rəftar edir və qayğı göstərir. Elşən Qədimov öz işinin əsl peşəkarıdır, çünki o vəzifə öhdəliyini tam layiqincə yerinə yetirir. Məlumdur ki, həkim olmaq hər kəsin bacara biləcəyi bir iş deyil. Ona görə ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Çünki hər kəs bu sahənin ağırlığını, çətinliyini bir sözlə bütün məsuliyyətini öz üzərinə götürməyi bacarmır. Xüsusilə də ümumi cərrah olmaq bu heç də asan iş deyil.   

Lakin Elşən həkim özü tibb elmlərinin içərisində ən ağır olanını ümumi cərrah olmağı seçib və o, öz həkimlik peşəsini şərəf və ləyaqətlə yerinə yetirir. Məşhur həkim, cərrah-alim N.Piraqov demişdir: "Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır". Elə Elşən həkim də özünü tibb elminə həsr etmiş və xəstələrinin də onun əllərindən şəfa tapması ilə xoşbəxt olmaqlarından xoşbəxt olan həkimlərdəndir.

Cavidan Orucov

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi