kanal1

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb -Fotolar

Tarix:23-06-2023, 15:37
Baxış Sayı:21 797

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb -Fotolar


İyunun 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.

AİA.Az xəbər verir ki, tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhid ailələrini salamlayan Səttar Möhbalıyev onları qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

AHİK sədri Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və zabitlərimizin şanlı döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan və yüksək vətənpərvərlik ruhundan danışıb.
Vurğulayıb ki, hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşmaları üçün Allah yolunda qurbanlar niyyət edirdilər: “Xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə bu arzusunu reallaşdırdı. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir”.

Bildirib ki, Zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir: “Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər”.
Onun sözlərinə görə, istər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar: “Dövlətimiz hər zaman şəhid ailələrinin yanında olub. Bu sahədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı ilə seçilir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misli yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə hərtərəfli dəstək göstərir”.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.

Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə Qurban bayramı ilə əlaqədar sovqatlar verilib, maddi-mənəvi köməklik göstərilib.




DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi