kanal1

Ədalət Muradov: Biz bacardıq

Tarix:27-10-2023, 11:53
Baxış Sayı:47 670


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Professor Ədalət Muradov- Bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Necə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 20 il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi, elə də oldu.
Ədalət Muradov: Biz bacardıq


Bəli, bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.

Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciəti tarixi bir çıxış idi. Bu müraciət 20 il əvvəl etimad göstərdiyi, inandığı, inandığı üçün də böyük səs çoxluğu ilə seçdiyi liderinin qədirbilən xalqına bir növ hesabatı idi. Necə ki, Prezident İlham Əliyev Ulu Öndərin Qəbri üstünə gəlib Şuşanın azad olunması haqqında hesabat verdi, ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşadı, eləcə də bu gün Azərbaycan xalqına 20 il əvvəl seçilən zaman verdiyi bütün vədlərin həyata keçirildiyinin hesabatı idi bu müraciət. Azərbaycan xalqı da bu xoşbəxtlikdən öz nəsibini aldı, Xankəndi şəhərində Dövlət Bayrağımızın dalğalanmasının qürurunu yaşadı. Həm də bu qaldırılan bayraq, Qalib Sərkərdənin Qarabağ salnaməsinin epiloqu, “Qarabağ Azərbaycandır” ifadəsinin “nida”sı oldu.

Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik.

Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq.


















UNEC tələbələri Zəfər Gününə həsr olunan “Breyn rinq” intellektual yarışı keçirib

UNEC-in Rəqəmsal Könüllülər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarışın açılışında çıxış edən tələbələrlə iş üzrə prorektor dos. Səadət Qəndilova Zəfər tariximizdən danışıb və yarış barədə məlumat verib. Bildirib ki, 11 fakültənin iştirak etdiyi intellektual yarışda komandalar işğaldan azad olunmuş rayonların adları ilə təmsil olunurlar. Sualların əsasən Azərbaycan tarixi ilə bağlı olduğunu diqqətə çatdıran prorektor, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra 11 fakültəni təmsil edən 11 komanda qələbə uğrunda bilik mübarizəsi aparıb. 3 mərhələdən ibarət olan, iştirakçıların maraq və həyəcanla izlədikləri “Breyin rinq”ın finalında UNEC SABAH-ın “Cəbrayıl” komandası ilə Maliyyə və Mühasibat fakültəsinin “Laçın” komandası qarşılaşıblar. Finalda Maliyyə və Mühasibat fakültəsi qələbə qazanıb. SABAH fakültəsi II yerin, Biznes və Menecment fakültəsinin “Ağdam” komandası isə III yerin sahibi olub.
Sonda qaliblərə diplom, kubok və hədiyyələr təqdim edilib.














Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO