kanal1

Sabunçu rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Cənnətə bilet” tamaşası nümayiş etdirildi.

Tarix:24-02-2022, 10:32
Baxış Sayı:283 327

Sabunçu rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Cənnətə bilet” tamaşası nümayiş etdirildi.


Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 23.02.2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Cənnətə bilet” tamaşası nümayiş etdirildi.

Tamaşada Xocalı faciəsinin canlı şahidləri ilə yanaşı şəhid ailələri, qazilər, rayon məktəbliləri və gənclər də iştirak edirdilər.

İlk olaraq vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Xocalı faciəsi və Qarabağ müharibəsi haqqında ətraflı məlumat verərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı dəstələrinin törətdiyi soyqırım bəşər tarixinin ən qanlı terror aktıdır. Qeyd olundu ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bakı Uşaq və Gənclər Teatrının baş direktoru və bədii rəhbəri İntiqam Soltan və rejissoru İlhamə Əhmədova çıxışlarında Xocalı faciəsi, Vətən müharibəsi, “Cənnətə bilet” tamaşasının yaranma tarixi barədə söz açaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi tamaşaların əhəmiyyətli rola malik olduğunu vurğuladılar.

Sonra torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunan “Cənnətə bilet” tamaşası nümayiş etdirildi.



DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi