kanal1

Vasif İmanovun Uğurlu Rəhbərliyi və Rayonun İnkişaf Yolunda Addımları

Tarix:15-01-2025, 12:51
Baxış Sayı:91 711

Vasif İmanovun Uğurlu Rəhbərliyi və Rayonun İnkişaf Yolunda Addımları


Vasif İmanov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı olaraq, bölgədə mühüm sosial və iqtisadi islahatlar həyata keçirməklə tanınır. O, bölgənin inkişafına yönəlmiş genişmiqyaslı layihələrə rəhbərlik edir və rayon sakinlərinin rifahını yaxşılaşdırmaq məqsədilə səylərini davam etdirir.
Son zamanlarda Vasif İmanovun təşəbbüsü ilə Pirallahıda səyyar qəbulların keçirilməsi, sakinlərin problemlərinin operativ həlli üçün mühüm platforma olub. Bu görüşlər zamanı sakinlər birbaşa öz müraciətlərini bildirir, onların arzu və təklifləri diqqətlə dinlənilir. Nəticədə, rayon sakinləri bu cür yanaşmadan razılıq edərək, problemlərinin həllində ciddi irəliləyişlərin şahidi olurlar.
Şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilməsi Vasif İmanovun fəaliyyətinin mərkəzində dayanır. Bu istiqamətdə müxtəlif sosial dəstək tədbirləri, yardımlar və ailələrlə müntəzəm görüşlər təşkil olunur. Bu, dövlətin şəhidlərə və qazilərə olan minnətdarlığının konkret nümunəsidir.
Pirallahıda infrastrukturun təkmilləşdirilməsi sahəsində də geniş işlər görülür. Yolların yenidən qurulması, sosial obyektlərin açılışı, məktəb və xəstəxanaların təmir olunması, abadlıq işlərinin genişləndirilməsi bölgənin simasını tamamilə dəyişməkdədir. Rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, mədəniyyət və idman sahəsində inkişaf layihələrinin icrası da xüsusi diqqət çəkir.
Vasif İmanovun rəhbərliyi ilə rayonun inkişaf strategiyası, sakinlərin məmnuniyyəti və rifahına əsaslanaraq həyata keçirilir. Onun idarəçiliyi sayəsində Pirallahı rayonu yeni imkanlar qazanar və bölgənin ümumi sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərər.

Pirallahıda səyyar qəbullar davam etdirilir

Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 8 yanvar 2025-ci il tarixdə 168 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
     Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
       Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Qeyd edildi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
      Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi.
        Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma,  abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.








Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər