kanal1

Nazir getdi, nazirlik də ləğv olunur?

Tarix:30-01-2025, 09:21
Baxış Sayı:78 568

Nazir getdi, nazirlik də ləğv olunur?


Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin ləğv edilərək yeni yaradılacaq qurumun tərkibinə veriləcəyi ilə bağlı məlumatlar var. Ölkənin fiskal və maliyyə siyatəsinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Teleqraf.com xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir.

Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsi də Vergi Xidməti kimi vergi toplamaqla məşğuldur: "Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməzsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: "Çünki bu qurumlardan biri pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur".

“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Culfada hərbçi dəm qazından öldü
Culfada hərbçi dəm qazından öldü
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...