kanal1

Sakinlərin Narahatlığı: Safa Cake Bakery-də Saxta Dubay Şokoladı Satışda

Tarix:11-02-2025, 11:44
Baxış Sayı:107 183







Redaksiyamıza sakinlərdən biri müraciət edərək bazarda mövcud olan bir problemdən şikayət edib. O bildirir ki, Şamaxınka yerləşən "Safa Cake Bakery"-də məşhur "Dubay Şokoladı" adı altında keyfiyyətsiz və saxta məhsullar satılır. Bu hal alıcıların narahatlığına səbəb olub.

Şikayətçi aşağıdakı faktları diqqətə çatdırıb:

"Qiyməti 10 AZN olan "Dubay Şokoladı" aldım və evə gətirib açdıqda böyük məyyusluqla qarşılaşdım. Uşağım dadına baxdı və dərhal dedi ki, ‘Ata, bu Dubay Şokoladı deyil!’ Nə dadı var, nə də keyfiyyəti. Məhsul adi salafana bükülmüşdür və onun üzərində istehsal olunduğu yer, tərkibi, istehsal tarixi barədə heç bir məlumat yoxdur.”

Daha da narazı qalan şikayətçi "Safa Cake Bakery"-yə şikayət etmək üçün əlaqə saxlayıb. Lakin müsbət cavab əvəzinə kobudluqla qarşılanıb. "Safa Cake Bakery" işcisi “Bu, bizim şəxsi istehsalımızdır” deyə bəhanə gətirib.

Məsələ bununla da bitməyib. Adını çəkmək istəmədiyim bir saytın rəhbəri şikayətçiyə zəng edərək problemin "yoluna qoyulmasını" təklif edib. Bu hal sakinlərin "Safa Cake Bakery" sahibi tərəfindən bəzi sayt rəhbərlərinin adından sui-istifadə etmək yolu ilə keyfiyyətsiz məhsulları əhaliyə satması problemi ilə üz-üzə olduğunu göstərir.

Buradan müraciət edərik ki, aidiyyəti dövlət qurumları bu məsələni araşdırsınlar. "Safa Cake Bakery"-də yoxlamadan keçirilsin və tərkibi, istehsal yeri məlum olmayan, sertifikatsız məhsulların satışına son qoyulsun.

Bu cür saxta məhsullar təkcə istehlakçıları maddi cəhətdən ziyana salmır, eyni zamanda insan sağlığına ciddi təhlükə yarada bilər. Valideynlərin narahatlığı haqlıdır, çünki keyfiyyətsiz şokoladların tərkibində zərərli maddələr ola bilər.

Belə hallarla qarşılaşan vətəndaşlara məsləhət görülən odur ki, məhsul alarkən onun qablaşmasına, tərkib məlumatlarına, istehsal və son istifadə tarixinə xüsusi diqqət yetirsinlər. Şübhəli hallarda dövlət qurumlarına şikayətləri çatdırmaqdan çəkinməsinlər.
Bu məsələnin diqqətdə saxlanılması, istehlakçıların haqlarının qorunması istiqamətində ciddi addımlar atılması vacibdir.

“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Culfada hərbçi dəm qazından öldü
Culfada hərbçi dəm qazından öldü
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...