kanal1

Vasif İmanov: Xocalıdan Zəfərə - 44 Günlük Vətən Müharibəsi və 23 Saatlıq Ədalət Yürüşü

Tarix:26-02-2025, 12:14
Baxış Sayı:93 089



Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov - Azərbaycan xalqı ermənilərin tarixən başımıza gətirdikləri faciələri, o cümlədən Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, yaşadığımız faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmarıq. Yaşadığımız faciələri hər an xatırlamalıyıq. İnformasiya cəbhəsində mübarizəmizi davam etdirməli, erməni vəhşiliklərini əsaslı və davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalı faciəsi erməni vəhşiliyinin ən dəhşətli nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Həmin qanlı gecədə dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insanlar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. 
Uzun illərdir ki, erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, misli görünməmiş qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” söyləyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırım  kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl iş həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan sistemli iş soyqırımın dünyada tanıdılmasında müstəsna rol oynayır. Həyata keçirilən bu siyasətin nəticəsidir ki, artıq bir çox ölkələr bu soyqırımı tanıyıblar.
44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatında Müzəffər Azərbaycan ordusu Ali baş Komandanımızın rəhbərçiliyi ilə Azərbaycanın ərazi bütövlüyünü əldə etdi.

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” başlıqlı ümumrayon tədbiri keçirilmişdir



25 fevral 2025-ci il tarixində 168 nömrəli tam orta məktəbin akt zalında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Xocalı rayon sakinləri, eləcə də rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil, mədəniyyət və sənaye müəssisələrinin rəhbər heyəti və nümayəndələri iştirak etdilər.
       Tədbir iştirakçıları məktəbin foyesində Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 №-li filialı tərəfindən təşkil olunan kitab sərgisinə baxış keçirmişdir.
      İlk öncə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ilə əlaqədar video-çarx nümayiş olunmuşdur.
      Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirmişdir ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Həmin gecə erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Xocalı bütün dünyanın gözü qarşısında baş vermiş ən böyük cinayətdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatı nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alındı. Bu gün bizim hər birimizi xoşbəxt edən, şəhidlərimiz, Soyqırım qurbanlarımız qarşısında başımızı uca edən nüanslardan biri də Qarabağımızda qondarma dövlət quran, qanunsuz şəkildə torpaqlarımızı talan edən cinayətkarların - Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqalarının cinayət məsuliyyətinə cəlb olunması olduğunu vurğulayan natiq, qeyd etmişdir ki,  bugünkü tədbirimiz yalnız keçmişin xatirəsi deyil, həm də gələcəkdə belə bir faciənin təkrarlanmasına imkan verməmək üçün hər birimizin üzərinə düşən vəzifələri dərk etməyin çağırışıdır.
      Daha sonra Dövlətqaçqınkomun Xəzər rayon sektorunun baş məsləhətçisi İlqar Məmmədov çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görmüşdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir.
     186 №-li tam orta məktəbin müəllimi Həcər Ramazanova çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, soyqırım qurbanlarının şərəfinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edir, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.
       Tədbirin sonunda məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər və kompozisiyalar səsləndirilmiş, xatirə şəkli çəkdirilmişdir.



40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək