kanal1

Ramazan ayında işdə yorğun olmamaq üçün nəyə diqqət edək?

Tarix:1-03-2025, 09:17
Baxış Sayı:92 197

Ramazan ayında işdə yorğun olmamaq üçün nəyə diqqət edək?


Həkim terapevt Abbasova Məlahət bildirdi ki, Ramazan ayında insanın ac qalmasının orqanizmə xeyirləri var: "Yəqin ki aclıqla müalicə eşitmisiniz. Ramazan bayramında da ac qalarkən bədənimizdə müəyyən proseslər gedir. Belə ki, bədənimizdəki artıq, orqanizmə ziyan verən maddələr xaric olunur, orqanizm özünü təmizləyir. Aclıq zamanı bədəndə baş verən reaksiyalarla köhnə hüceyrələr məhv olur və bədən hüceyrələri yenilənir. Onu da qeyd edim ki, Ramazan ayında tutulan oruc bəzi iltihabi, şəkərli diabet xəstliklərinin profilaktikasi kimi müsbət təsir göstərir". 

Orucluq ayında gün boyu enerjili qalmaq istəyirsənsə...

 Valyuta.az məlumatına görə, həkim terapevt deyir ki, enerji bitməsində insanın istəyindən çox nüans asıllıdır: "Ac qaldığımız müddətdə enerjinin daha çox düşməməsi üçün bəzi addımlar atmaq olar. Bu müddətdə tez hazırlanan qida məhsullarından istifadə etmək yanlış olardı. Enerjili qalmağın ən  yaxşı üsullarından biri evdə hazırlanan yeməklərlə qidalanmaq, çoxlu meyvə- tərəvəzə üstünlük vermək olar. Səhər yumurta ilə qidalanmaq gün boyu tox tutmağa kömək edər və enerjimizi saxlayar. Axşamlar isə çox ağır olmayan ət xörəklərinə üstünlük verilməsi sağlamlıq və enerji baxımından çox əhəmiyyətlidir. Ən önəmlisi ilə insan orqanizmi mayedən əksik qalmamalıdır. Yəni orucu açdığınız müddətdə bol maye qəbul edin. Bəzi yaşlı insanlar, hamilə qadınlar, müalicə olunan insanlar oruc tutmaya bilər. Burada sağlamlıq faktoru da önəmli rol oynayır. Digər insanların Ramazan ayında oruc tutması sağlamlıq baxımından da məsləhətlidir".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi