kanal1

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - Qlobal reytinq

Tarix:17-03-2025, 10:10
Baxış Sayı:85 814

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - Qlobal reytinq


Global Terrorism Index 2025 açıqlandı - Azərbaycanın antiterror reytinqi artaraq dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəlib
“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı,  Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər