kanal1

Niyazi Bayramov: 28 May – Müstəqillik Günü bu günümüzün və gələcəyimizin ideya əsaslarını, milli ruhunu və dövlətçilik düşüncəsini formalaşdıran tarixi bir rəmzə çevrilmişdir

Tarix:27-05-2025, 12:47
Baxış Sayı:89 454


Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd olunub

Gürcüstanın Gəncədəki Baş Konsulluğu ölkəsinin Müstəqillik Gününü qeyd edib.
Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Kaxaber Abdaladze çıxış edərək ölkəsinin müstəqilliyə gedən yolundan, dövlət quruculuğu prosesindən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, Gürcüstan öz müstəqilliyini daha da möhkəmləndirir, iqtisadiyyatını və demokratik təsisatlarını inkişaf etdirir. Baş konsul, həmçinin vurğulayıb ki, Gürcüstanın xarici siyasətində Azərbaycanla əməkdaşlıq xüsusi yer tutur. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri bir çox sahələrdə, xüsusilə enerji, nəqliyyat, ticarət və mədəniyyət sahələrində uğurla inkişaf edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da çıxış edərək Gürcüstan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. O, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahəsində birgə layihələr regional inteqrasiya və təhlükəsizliyə mühüm töhfə verir.
Rəsmi hissədən sonra tədbirin konsert proqramı başlayıb. Qax rayon Mədəniyyət Mərkəzi Əlibəyli kənd Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Legenda” ansamblı və “Qurmuq” vokal ansamblı tərəfindən Gürcüstanın milli mahnıları və rəqsləri təqdim olunub. Bununla yanaşı, Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Uşaq Rəqs Ansamblının çıxışı da böyük maraqla qarşılanıb.
Çıxışlar tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Tədbirin sonunda iştirakçılara Gürcüstan milli mətbəxinin ləzzətli təamları təqdim olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 il ötür. 1918-ci il mayın 28-də Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz suveren iradəsini ifadə edərək dövlət müstəqilliyini bütün dünyaya bəyan etmiş və milli dövlətçilik ideyalarının siyasi-hüquqi əsaslarını formalaşdırmışdır. Həmin qərar demokratik dəyərlərə əsaslanan müasir dövlətçilik ənənələrinin başlanğıcı kimi əlamətdar olmuşdur.

Cümhuriyyət dövründə qadınlara səsvermə hüququnun tanınması, milli azlıqların hüquqlarının təmin olunması və demokratik institutların formalaşdırılması bu dövlətin gələcəyə hesablanmış siyasi iradəsinin göstəricisi idi. İstiqlal Bəyannaməsi xalqın azad yaşamaq, hüquqi əsaslarla idarə olunmaq və demokratik cəmiyyət qurmaq istəyinin aydın ifadəsi olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun milli dövlətçilik və azadlıq ideyaları xalqımızın şüurunda və tarixində dərin iz buraxmışdır. Bu ideyalar illərlə yaşadılmış və nəhayət 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpası ilə gerçəkliyə çevrilmişdir. 1991-ci ildə SSRİ-nin süqutu ilə yaranan yeni tarixi şərait xalqımıza müstəqil yaşamaq, öz siyasi və iqtisadi həyatını suveren şəkildə qurmaq imkanı vermişdir. Bu isə Azərbaycan Xalq Cümhuriyyətinin miras qoyduğu dövlətçilik ideallarının dirçəldilməsi demək idi.



Müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən siyasi böhran və dərin sosial-iqtisadi çətinliklər dövləti ciddi şəkildə təhlükəyə məruz qoymuşdu. Məhz belə bir mərhələdə xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə müstəqil siyasət yürüdülməyə başlandı, ölkəmizdə sabitlik təmin olundu, ordu quruculuğu sahəsində islahatlar həyata keçirildi, həmçinin beynəlxalq münasibətlər sisteminə inteqrasiya istiqamətində ciddi addımlar atıldı.

Ümummilli Lider daim Cümhuriyyət ideya və ənənələrinə böyük ehtiramla yanaşmışdır. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirmişdir. Ulu Öndər qeyd etmişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müasir, müstəqil dövlət kimi inkişafının təməlini qoymuş, gələcək Zəfər yolunun əsasları formalaşdırılmışdır. Bugünkü güclü Azərbaycan məhz həmin strateji kursun davamı olaraq öz inkişaf yolunda inamla irəliləyir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm uğurlara imza atıb, güclü iqtisadiyyata və nüfuzlu beynəlxalq mövqeyə sahib olub. Azərbaycanın sabitlik adası kimi tanınması, regional və qlobal təşəbbüslərdə fəal iştirakı, enerji və nəqliyyat layihələrində aparıcı mövqedə çıxış etməsi dövlətimizin başçısının həyata keçirdiyi milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Ən əsası, Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi. 2023-cü ildə şanlı ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli aniterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi. Bu, müasir dövlətçilik tariximizin zirvə hadisəsi, ən möhtəşəm qələbəsidir.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncam milli dövlətçilik tarixinə və Cümhuriyyət irsinə yüksək dəyərin bariz nümunəsidir. Eyni zamanda, cümhuriyyətin banisi olan görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncam milli yaddaşın qorunmasına verilən xüsusi önəmin göstəricisidir. Dövlətimizin başçısı qeyd etmişdir: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

Beləliklə, 28 May – Müstəqillik Günü bu günümüzün və gələcəyimizin ideya əsaslarını, milli ruhunu və dövlətçilik düşüncəsini formalaşdıran tarixi bir rəmzə çevrilmişdir. Bu əlamətdar gün xalqımızın azadlıq əzmini, müstəqil yaşamaq iradəsini və milli dövlət quruculuğuna sadiqliyini əks etdirir. Azərbaycan dövləti şanlı tarixi böyük qürurla yad edir, Cümhuriyyətin qurucularının əziz xatirəsini daim uca tutur.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək