kanal1

“Peşəkarlıq, Sədaqət və Vətənə Xidmət: Elməddin Kərimovla Şabran Yollarında Yeni Dönəm”

Tarix:3-06-2025, 09:34
Baxış Sayı:78 571



Şabran rayonu üzrə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “3 nömrəli Yol İstismar” İdarəsinə yeni təyin olunan Elməddin Kərimov, təkcə idarəçi yox, eyni zamanda bu sahəyə ailəvi sədaqət və məsuliyyət hissi ilə yanaşan nüfuzlu bir gənc rəhbərdir. Onun bu mühüm və məsuliyyətli vəzifəyə gəlişi təkcə yeni bir kadr dəyişikliyi deyil, eyni zamanda yol istismarı sahəsində nəsildən-nəsilə ötürülən təcrübənin, əzm və peşəkarlığın davamı kimi qiymətləndirilir.

Elməddin Kərimovun rəhbər təyin olunduğu bu vəzifə, onun üçün sadəcə idarəetmə funksiyası deyil, həm də dövlətə, xalqa xidmətin bir formasıdır. Bu istiqamətdə o, öz atasının – Rafiq Kərimovun yolunu davam etdirir. Rafiq müəllim uzun illər ərzində Şabran rayonunda yol təsərrüfatının inkişafında, kənd və qəsəbələrin yol infrastrukturunun yaxşılaşdırılmasında, xüsusilə dağ və dağətəyi ərazilərdə çətin relyef şəraitində belə yol infrastrukturunun sabit saxlanılmasında misilsiz xidmətlər göstərmiş, əməksevərliyi və prinsipiallığı ilə tanınmışdır. Bu gün o dəyərli miras Elməddin Kərimovun çiyinlərindədir.

Yeni rəis olaraq Elməddin Kərimov öz fəaliyyətində çağdaş idarəçilik prinsiplərinə, səmərəlilik, şəffaflıq və vətəndaş məmnuniyyəti kimi dəyərlərə əsaslanır. O, Şabran rayonunun yol infrastrukturunun müasirləşdirilməsi, mövcud yolların təmiri və qorunması, eləcə də yeni avtomobil yollarının çəkilməsi istiqamətində iddialı planlar və ardıcıl tədbirlər həyata keçirməyə başlayıb. Xüsusilə kəndlərarası yolların bərpası, dağ kəndlərinə gedən yolların ilboyu istifadəyə yararlı saxlanması və yol təhlükəsizliyinin artırılması onun fəaliyyət planında əsas yer tutur.

Elməddin müəllim yeni texnologiyaların tətbiqinə, innovativ yanaşmalara və yüksək keyfiyyətli işə önəm verir. O, təcrübəli mühəndis və texniki heyətlə birlikdə işləyərək həm idarəetmədə, həm də texniki işlərin icrasında peşəkarlığın və operativliyin təmin olunmasına ciddi diqqət yetirir. Onun məqsədi vətəndaşların yol təhlükəsizliyini artırmaqla yanaşı, ölkənin regionlarında infrastrukturun dayanıqlı inkişafına töhfə verməkdir.

Yeni rəisin xüsusilə diqqət ayırdığı məsələlərdən biri də şəhid ailələri və qazilər üçün görülən sosial dəstək tədbirləridir. Elməddin Kərimov, dövlət başçısı cənab İlham Əliyevin bu kateqoriyadan olan şəxslərə göstərdiyi yüksək diqqət və qayğını rəhbər tutaraq, öz fəaliyyətində onlara xüsusi həssaslıqla yanaşır. Bayram və anım günlərində şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların evlərinə sovqatlar göndərilir və sosial ehtiyaclarının qarşılanmasına çalışılır. Bu, onun həm insanlıq, həm də dövlətə sədaqət baxımından örnək xarakter daşıyan davranışlarının bariz nümunəsidir.

Elməddin Kərimovun fəaliyyəti qısa zaman ərzində Şabran ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməyə başlayıb. Çünki o, gənc yaşda olmasına baxmayaraq, idarəçilikdə sərgilədiyi qətiyyət, müasir düşüncə, səliqə-sahman və məsuliyyət hissi ilə insanların inamını qazanmaqdadır.

Bu gün Elməddin Kərimovun rəhbərlik etdiyi “3 nömrəli Yol İstismar” İdarəsi nəinki Şabran rayonunun yol infrastrukturuna xidmət edir, eyni zamanda idarəetmədə yeni bir nəfəs, yeni bir mərhələ yaradır. Atasından aldığı yüksək xidmət məktəbi, şəxsi intellekti və rəhbərlik keyfiyyətləri onu bu yolda uğura aparan əsas amillərdir.

Sonda qeyd etmək olar ki, Elməddin Kərimovun bu vəzifəyə təyinatı Azərbaycan dövlətinin gənc, vətənpərvər, bacarıqlı və əxlaqlı kadr potensialına verdiyi dəyərin növbəti təzahürüdür. Elməddin müəllimin fəaliyyəti yol infrastrukturunun gücləndirilməsi ilə yanaşı, dövlət-vətəndaş münasibətlərində yeni bir etimad körpüsünün qurulmasına xidmət edir.

Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var