kanal1

Azərbaycan Polisinin 107-ci ildönümündə Polis Polkovnik-leytenantı Kamran Məmmədova təbrik: Dövlətə sədaqətin, vətənə xidmətin nümunəsi

Tarix:1-07-2025, 11:24
Baxış Sayı:65 440

Azərbaycan Polisinin 107-ci ildönümündə Polis Polkovnik-leytenantı Kamran Məmmədova təbrik: Dövlətə sədaqətin, vətənə xidmətin nümunəsi


Atvxeber.az xəbər verir ki, iyulun 2-də Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarix xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə “Azərbaycan Polisi Günü” kimi təsis olunub. Həmin gündən etibarən hər il 2 iyul tarixində ölkəmizin ictimai asayişini qoruyan, vətəndaşların təhlükəsizliyini təmin edən, qanunçuluğun keşikçisi olan qəhrəman polis əməkdaşlarının əməyinə yüksək qiymət verilir və onların fədakarlığı böyük ehtiramla yad edilir.

Bu münasibətlə Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədovu səmimi-qəlbdən təbrik edirik. Hüquq-mühafizə orqanlarında çoxillik fəaliyyəti ilə seçilən, xidməti vəzifəsini vicdanla yerinə yetirən Kamran müəllim peşəkarlığı, idarəçilik bacarığı və prinsipiallığı ilə həmişə seçilib. Onun rəhbərlik etdiyi kollektiv Lənkəran bölgəsində yüksək nizam-intizamı və vətəndaş məmnunluğunu təmin etməklə nümunəvi fəaliyyət sərgiləyir.

Xüsusi vurğulanmalıdır ki, cənab Kamran Məmmədovun rəhbərliyi altında şöbənin fəaliyyəti müasir idarəetmə prinsipləri və vətəndaş yönümlü xidmət konsepsiyası əsasında qurulub. Əhalinin imtahan-qeydiyyat və texniki baxış prosesində üzləşdiyi istənilən məsələ ilə bağlı operativlik və şəffaflıq prinsiplərinə önəm verilir ki, bu da şöbəyə olan ictimai etimadı daha da artırır.

Bu gün Azərbaycanın daxili işlər orqanları bütövlükdə dövlətçiliyin keşiyində dayanan, vətəndaşların həyatına, əmlakına, hüquqlarına yönəlmiş hər cür təhlükənin qarşısında dayanan əsas sipərlərdən biridir. Bu möhkəm sistemin formalaşmasında və qorunmasında isə ölkəmizin Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun müstəsna xidmətləri danılmazdır. Onun rəhbərliyi ilə daxili işlər orqanlarında həyata keçirilən islahatlar, şəffaflıq, peşəkarlıq və vətənpərvərlik prinsiplərinin gücləndirilməsi nəticəsində bu gün Azərbaycan Polisi xalqın inamını qazanan bir qüvvəyə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdə və təhlükəsiz mühitin qorunmasında daxili işlər orqanlarının, o cümlədən fədakar polis əməkdaşlarının böyük payı var. Əminik ki, Kamran Məmmədov kimi dövlətə, bayrağa və xalqa sədaqətli zabitlər bu əvəzsiz missiyanı gələcəkdə də böyük məsuliyyət və ləyaqətlə davam etdirəcəklər.

Bu dəyərli gün münasibətilə Atvxeber.az saytının rəhbərliyi və kollektivi adından polis polkovnik-leytenantı Kamran Məmmədov başda olmaqla, bütün polis əməkdaşlarını ürəkdən təbrik edirik! Vətənə xidmət yolunuzda sizə möhkəm can sağlığı, yeni-yeni uğurlar və xalqın etimadını daim doğrultmağı arzu edirik.

Yaşasın Azərbaycan Polisi!
Yaşasın Vətənə sədaqət!

Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycan əhalisinin sayı artıb
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi