
Atvxeber.az xəbər verir ki, iyulun 2-si ölkəmizdə xüsusi ehtiramla qeyd edilən Azərbaycan Polisi Günüdür. Bu il Azərbaycan Polisi özünün 107 illik şərəfli tarixini tamamlayır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərmanla bu gün rəsmi dövlət bayramı elan olunub və o vaxtdan bəri hər il bu tarixdə ölkəmizin hüquq-mühafizə sistemində çalışan fədakar əməkdaşlar dərin minnətdarlıqla anılır, onların zəhməti yüksək qiymətləndirilir.
Bu möhtəşəm və mənalı gün münasibətilə Yol Patrul Xidməti Alayının 13-cü tağımının komandiri, polis kapitanı Elnur Zeynalovu ürəkdən təbrik edirik!
Polis kapitanı Elnur Zeynalov Daxili İşlər Nazirliyi sistemində uzun illərdir ləyaqətlə xidmət edən, peşəkar bacarıqları, prinsipiallığı və qanunun aliliyinə bağlılığı ilə seçilən yüksək rütbəli zabitlərdən biridir. Onun rəhbərlik etdiyi tağım nəinki vətəndaşların təhlükəsizliyinin qorunmasında, həm də sürücülərlə hüquqi maarifləndirmə işinin aparılmasında, yollarda qayda-qanunun qorunmasında və fövqəladə hallara çevik reaksiya verilməsində böyük və əhəmiyyətli rol oynayır.
Elnur Zeynalov xidmət etdiyi illər ərzində hər zaman məsuliyyətli davranışı, yüksək intizamı, kollektivi düzgün idarə etmək bacarığı ilə seçilmiş, həm tabeliyində olan əməkdaşların, həm də vətəndaşların dərin hörmətini qazanmışdır. Onun üçün polis xidməti sadəcə bir vəzifə deyil, Vətənə xidmətin, dövlətə sədaqətin ali nümunəsidir.
Yol Patrul Xidmətinin gündəlik fəaliyyəti təkcə yol hərəkətinə nəzarətlə məhdudlaşmır – bu sistem vətəndaşların həyatının, əmlakının, hüquq və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Məhz belə bir çətin və məsuliyyətli sahədə Elnur Zeynalov kimi vətənpərvər və vicdanlı zabitlərin fəaliyyəti Azərbaycan Polisinin cəmiyyətdə qazandığı nüfuzun təməlidir.
Bu uğurların fonunda Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların və sistemli yanaşmanın rolu danılmazdır. Cənab nazirin yüksək rəhbərliyi altında daxili işlər orqanlarında şəffaflıq, müasir idarəetmə və ictimaiyyətlə düzgün münasibətlərə əsaslanan yeni idarəçilik modeli formalaşdırılıb. Bu modeldə Elnur Zeynalov kimi gənc və enerjili zabitlər mühüm yer tutur.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan sabitlik və təhlükəsiz ictimai mühitin qorunmasında daxili işlər orqanlarının, o cümlədən YPX əməkdaşlarının rolu əvəzsizdir. Bu gün ölkə vətəndaşları yollarda təhlükəsiz və nizamlı hərəkət edə bilirlərsə, bu, Elnur Zeynalov kimi səngərdə dayanan vətən oğullarının peşəkarlığı və əzmkarlığı sayəsindədir.
Atvxeber.az saytının rəhbərliyi və kollektivi olaraq polis kapitanı Elnur Zeynalovu bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, peşəsində uğurlar və daim xalqın sevgisini, dövlətin etimadını doğrultmağı arzulayırıq.
Yaşasın Azərbaycan Polisi!
Yaşasın qanunun keşiyində dayanan vətənpərvər zabitlərimiz!