kanal1

Azərbaycanda bir ailənin istirahəti neçəyə başa gəlir? - AÇIQLAMA

Tarix:22-07-2025, 16:00
Baxış Sayı:41 360

Azərbaycanda bir ailənin istirahəti neçəyə başa gəlir? - AÇIQLAMA


Azərbaycan hazırda yay turizm mövsümünün qızğın dövrünü yaşayır. İlin bu günlərində çoxlu sayda insan boş vaxtlarından, məzuniyyət dövründən istifadə edərək istirahət zonalarına, bölgələrə üz tutur, asudə vaxtlarını xoş keçirmək istəyirlər. 

İstirahətin yaxşı keçirilməsi üçün əlbəttə ki, yaxşı maliyyə vəsaitinin olması da vacibdir. Yetəri qədər vəsait olmadan istirahətdən məmnun qalmaq mümkün olmur. 

Bəs Azərbaycanda bir orta statistik ailənin bir həftə ərzində normal istirahət edə bilməsi üçün nə qədər vəsait tələb olunur?

"Sfera.az bildirir ki, Türkiyədə yeni aparılan araşdırmaya əsasən, 4 nəfərlik bir ailənin ölkə daxilində bir həftəlik tətili orta hesabla 6 min manata başa gəlir.

Turizm üzrə eksperti Ceyhun Aşurov açıqlamasında qeyd edib ki, Azərbaycanda istirahət xərcləri seçilən yerə və xidmət səviyyəsinə görə dəyişir:

“Əgər ailə 5 ulduzlu oteldə istirahət etməyi seçərsə, bu zaman bir həftəlik tətilin xərci Türkiyədəki qiymətlərlə eyni, təxminən 5-6 min manat arasında ola bilər. Amma daha sadə formatda, məsələn kənd turizmi və ya villada qalmaqla istirahət edilərsə, bu xərc 1500-2000 manat ətrafında da ola bilər". 

C.Aşurov söylədi ki, kənd evlərində günlük qiymətlər 80-100 manat arasında dəyişir, villalarda isə bu rəqəm 500 manata qədər yüksələ bilər. Ekspert fərdi evlərdə qalan şəxslərin bir günlük yemək xərclərinin isə adam başına 30-35 manat təşkil etdiyini qeyd etdi.

C.Aşurovun fikrincə, istirahət edənlər üçün ən əlverişli variant hotellərdə, istirahət mərkəzlərində qalıb “hər şey daxil” sistemindən istifadə edilməsidir:

"Bu sistemin üstünlükləri çoxdur. Burada limitsiz yemək, içki, hovuz, dəniz və digər əyləncə xidmətləri var ki, bu da insanlarda psixoloji baxımdan daha rahat bir tətil təcrübəsi yaşadır. Bu cür tətil zamanı insanlar öncədən bütün ödənişləri etdikləri üçün istirahət məkanında pul xərcləmə qayğısı yaşamırlar. Elə bu rahatlıq hissi də onların tətilindən daha çox zövq almasına səbəb olur. Bu baxımdan bəzi ailələr eyni xərcə başa gəlsə belə, Türkiyədə və ya digər xarici ölkələrdə istirahəti üstün tuturlar”.

C.Aşurov qeyd edib ki, Azərbaycanda turizm imkanları artsa da, xidmət səviyyəsi və qiymət uyğunluğu hələ də turistlərin seçimlərinə təsir edən əsas faktorlardandır. 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi