kanal1

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq iclasda iştirak edib

Tarix:15-09-2025, 14:00
Baxış Sayı:55 863

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq iclasda iştirak edib


Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə həmin təşkilatın Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.
11-13 sentyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü baş tutub. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib. 
İclasın əsas məqsədi Şəbəkəyə üzv dövlətlərin müsbət təcrübəsinin yayılması, əməkdaşlığın daha səmərəli aparılması üçün görülməli tədbirlərin, çətinlik doğuran məsələlərin, həmçinin Şəbəkə çərçivəsində köməklik göstərilmiş işlər üzrə fəaliyyətin və statistik göstəricilərin müzakirəsi olub. 
Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Fuad Hüseynov müvafiq sessiyada çıxış edərək, Baş Prokurorluğun cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində tətbiq etdiyi yeni üsul və yanaşmaların, rəqəmsallaşma ilə bağlı ölkəmizin cinayət-prosessual qanunvericiliyində edilmiş dəyişikliklərin, həmçinin “Elektron Prokurorluq” İnformasiya Sistemindən istifadənin qeyd olunan sahədə səmərəliliyin artırılmasına verdiyi töhvə barədə məlumat verib.
Həmçinin, görüşdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlıq məsələlərində təcrübə mübadiləsi aparılmaqla, müxtəlif ölkələrin ekstradisiya və hüquqi yardım sahəsində mərkəzi orqanlarının qabaqcıl təcrübələri müzakirə edilib.

Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycan əhalisinin sayı artıb
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR