kanal1

Şabalıd generala baha başa gəldi... - Lüks maşınları da əlindən çıxdı

Tarix:5-11-2025, 09:48
Baxış Sayı:16 383

Şabalıd generala baha başa gəldi... - Lüks maşınları da əlindən çıxdı


Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov elə xidmətdə olduğu dövrdə şabalıd biznesi ilə məşğul olub.

Ölkə.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı faktlar onun barəsindəki istintaq materiallarında yer alıb.

Bundan əvvəl generalın kapitan tərəfindən aldadılması barədə məlumat verilib, indi isə məsələnin aktuallığını nəzərə alaraq, cinayət işi materiallarında Raul Zeynalovla bağlı epizoddan bəhs ediləcək.

General hazırda şikayətçi olduğu Ayaz Bayramovla şabalıd biznesinə görə sövdələşib. Ayaz elə onunla eyni nazirlikdə işləyib, kapitan rütbəsi ilə xidmət edib.

İş materiallarından görünür ki, Raul Zeynalov kapitana böyük məbləğdə sərmayə ayırmaqla ölkədə şabalıd biznesinin başına keçməyi planlaşdırıb. Onların ilk söhbəti də elə bu mövzuda başlayıb. Kapitan generalı inandırıb ki, özü Qəbələdə böyüyüb və rayonda şabalıd, qoz-fındıq alveri ilə bağlı yaxşı təcrübə toplayıb. Bayramov generala vəd verib ki, onun buraxdığı pullarla Qəbələdən Bakıya tonlarla şabalıd gətirəcək və satış sonrası yaxşı gəlir əldə edəcəklər. O, Bakıda şabalıd biznesini ələ keçirmək üçün 3 milyon, bütün Azərbaycanda bu işə hakim olmaq üçün isə 4-5 milyon manat lazım olduğunu deyib. Bu sözlər generalı daha da şirnikləndirib, o, biznesə pul buraxmağa razılıq verib.

Epizodların birində qeyd olunur ki, R.Zeynalov nazirlikdəki xidməti otağında Ayaza bir neçə dəfə pul verib. Biznesin yavaş-yavaş irəli getdiyini düşündükdə isə hətta qohumlarından da borc alaraq şabalıd alverinə ayırıb.

Lakin general istintaqda, ümumiyyətlə, Ayaz Bayramovun şabalıd alveri etməsindən xəbərsiz olduğunu, onun sadəcə vatsapda Bakıya daşınan məhsulun şəkillərini atdığını deyib.

Gələcəkdə məhkəmənin araşdıracağı əsas məsələlərdən biri də məhz bu olacaq. Çünki Zeynalov şabalıdın necə alınıb-satıldığını görmədiyini iddia etsə də, uzun müddət bu biznesin davam etməsinə pul xərcləyib. Bu ziddiyyətli məsələnin araşdırılması müdafiə tərəfinin də xüsusi marağındadır.

Cinayət işində belə bir maraqlı epizod da var ki, general Zeynalov nağd pulu olmadığı vaxtlarda biznesin axsamaması üçün yaxınlarının adına rəsmiləşdirdiyi "Lexus”, "BMW” və "Chevrolet” markalı avtomobilləri də girov qoyaraq pul götürməsi üçün Ayaz Bayramovun adına keçirib.

Yeri gəlmişkən, haşiyəyə çıxaraq əvvəlki məhkəmə prosesində zərərçəkmişlərdən birinin Ayazın pul götürməyə bahalı maşınlarla gəldiyini deməsini də xatırladaq. Amma hazırda həbsdə olan kapitan Ayaz Bayramov generalın dediklərini qətiyyən qəbul etmir. O, Raul Zeynalovun təşəbbüsü ilə həbs edildiyini, digər zərərçəkmişləri də onun öyrətdiyini deyir.

İttiham aktındakı tarixlərdən görünür ki, 2024-cü ilin sonlarına kimi generalla kapitanın əlaqələri davam edib. Elə həmin ərəfələrdə də o, FHN-dəki vəzifəsindən azad edilərək ehtiyata göndərilib. Bu qərarın verilməsi də generalın başının şabalıd biznesinin inkişaf etməsinə qarışması ilə əlaqələndirilir. Çünki onunla birlikdə başqa bir neçə zabit də nazirlikdəki işini itirib.

Hazırda iş Bakı Hərbi Məhkəməsindədir. Hakim Zaur Hacıyevin sədrlik etdiyi növbəti prosesdə Raul Zeynalovun da ifadə verəcəyi gözlənilir. Generalla kapitanın üzləşməsi indidən maraq doğurur.

Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Ayaz Bayramov 3 milyon manat ələ keçirməklə xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi