kanal1

Prezidentin ailəsi Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Tarix:21-11-2025, 11:06
Baxış Sayı:18 622

Prezidentin ailəsi Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

Əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. “Yaşıl Marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası təşkil olunub. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb. Yenotlar bir müddət əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.

Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılıb.

Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş növlərdən olub. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və növ “Qırmızı kitab”dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.

Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər